Bakıda nəhəng ölçülü şişi olan körpə doğulub

Səhiyyə 19-avq, 12:449 xebertv 379 0
Bakıda nəhəng ölçülü şişi olan körpə doğulub


Mərkəzi Klinik Xəstəxanada bel nahiyəsində nəhəng ölçülü şiş olan körpə doğulub.

Bu barədə həkim Fuad Hüseynov məlumat verib.

"İlk baxışda görüntüsü ürək açan olmasa da, valideynləri ondan imtina etmədi. Hamiləliyin 5-ci ayından etibarən övladlarının onunla bərabər böyüyən böyük ölçülü qorxunc şiş ilə doğulacağını bilirdilər. Körpə 8 aylıq və bel nahiyəsində təqribən başından daha böyük ölçüdə olan nəhəng ölçülü şiş ilə dünyaya göz açdı. Çəkilən MRT müayinəsi zamanı məlum oldu ki, xoşbəxtlikdən şiş çanağa və qarın boşluğuna yayılmayıb (Sacrococcygeal teratoma tip 1). 1 günlük çəkisi şişlə bərabər 3 200 qram. olan körpə cərrahi əməliyyata alındı. Əməliyyatı uğurlu keçdi, teratoma büzdüm sümüyü ilə bərabər tam çıxarıldı, əkilməyə patohistologiyaya göndərildi. Əməliyyatdan çıxanda körpənin çəkisi 2 400 qram qaldı, çünki şişin çəkisi 800 qram idi. Əməliyyatda mənimlə bərabər iştirak edən bütün ekipe xüsusən Allahverdi Musayevə təşəkkürlər. Körpənin vəziyyəti hazırda yaxşıdır, neonotoloqlarımızın nəzarəti altındadır", - həkim bildirib.(report.az)

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr