Yeni icra başçısı islahatlara başladı (TƏYİNATLAR)
Ağstafa rayonunda aparılan kadr islahatları çərçivəsində növbəti təyinatlar olub.
Bununla bağlı Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Ağstafa Rayon Statistika İdarəsinin rəisi Kənan İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının məsləhətçisi Nəsimi Hacıyev həmin şöbəyə aparıcı məsləhətçi, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının aparat rəhbəri vəzifəsinə Tağı İmamverdiyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov rayon Statistika İdarəsinin rəisi təyin olunublar.
Bundan başqa, Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev Rayon Gənclər və İdman İdarəsinin rəisi, Qabil Məmmədov Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi, Naqif Mehdiyev Ağstafa RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri, Zakir Nəsibov Ağstafa RİH başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifələrinə təyin olunublar.
Xatırladaq ki, Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev ötən ilin dekabrında öz kabinetində DTX tərəfindən həbs olunub. Bu ilin iyun ayında isə prezidentin sərəncamı ilə Seymur Orucov rayona icra başçısı təyin edilib.
tv713.az