Diplomatları Füzuliyə ona görə gətirdik ki... - Hacıyev
Xarici diplomatları bura - Füzuliyə ona görə gətirdik ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər.
Tv 713. az Report-a istinadla xəbər verir ki, bu barədə xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Bu səfər əvvəllər mümkün deyildi. Çünki biz fiziki olaraq bura gələ bilmirdik. Ermənilər burda hər şeyi darmadağın ediblər. Diplomatları bura ona görə gətirdik ki, bu vəhşilikləri öz gözləri ilə görsünlər. Bundan əvvəl jurnalistləri də gətirmişdik. İndi isə diplomatları gətirdik”.