Ölkədə daş karxanaları bağlanır

Sosial 25-avq, 17:379 xebertv 289 0
Ölkədə daş karxanaları bağlanır


Yaxın gələcəkdə Azərbaycanda daş karxanalarının əksəriyyəti fəaliyyətini dayandıracaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə “Facebook”da canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, daş karxanaları ətraf mühitə ziyan vurur və əhali tərəfindən bu baxımdan xeyli şikayətlər alırlar. Lakin son illər bu karxanaların sayı əhəmiyyətli dərəcədə azalıb: “3 il əvvəl Azərbaycanda 800-dən artıq daş karxanası var idisə, artıq 500-nün fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri imtina ediblər. Hazırda bu say 300-ə enib. Bağlanan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat civarındadır. Artıq 15 milyon 600 min manat ziyan Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilib. Ödəməyən karxanalarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, işlərinə prokurorluqda baxılır. Yaxın vaxtlarda həmin karxanaların ödənişi məcburi ödənilməsi ilə bağlı qərar çıxarılacaq. Çox böyük ehtimalla, yaxın gələcəkdə karxanaların əksəriyyəti fəaliyyətini dayandıracaq”.

H. Əlizadə bildirib ki, hazırda bu karxanaların hamısını bağlamaq mümkün deyil. Çünki bu karxanaların fəaliyyətini dayandırmaq böyük faciəyə səbəb ola bilər, tikinti bazarında qiymətlər çox yüksələ bilər. Qanunauyğun şəkildə, müasir texnologiyalarla işləyənlər fəaliyyətini davam etdirəcək. (qafqazinfo)

tv713.az

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar