“Lukoil” müştəri ilə “zakon” söhbəti edir: “Sən nepravsan”
Oxuculardan biri müraciət edərək Xırdalandan şəhər istiqamətində hərəkət edərkən yolun sağındakı "Lukoil” yanacaqdoldurma məntəqəsindən şikayət edib. Vətəndaş deyir ki, yanacaqdoldurma məntəqəsində bir neçə dəfə yanacaq vurub. "Hər dəfə də yanacaq çəni dolandan sonra avtomatik olaraq dayanma olmur. Buna görə də yanacaq yerə tökülür. Yerə tökülən yanacağın pulunu müştəridən tələb edirlər.”
Vətəndaş deyir ki, məsələ ilə bağlı yanacaqdoldurma məntəqəsində rəsmi şəxslə görüşmək istədiyini bildirib. "Özünü növbə rəisi kimi təqdim edən şəxs mənimlə "zakon” söhbəti edir. "Sən bu məsələdə nepravsan” deyərək müştərini səhv çıxarmağa çalışır. Çox qəribədir ki, şirkətə məxsus 012 497 41 90 nömrəsi ilə əlaqə saxlayan zaman da eyni mənzərə ilə üzləşdim.”
Vətəndaş aidiyyatı qurumlardan kömək istəyir. (avtosfer.az)
tv713.az