"ABŞ 2001-ci ildən bəri 50 milyondan çox insanı qaçqın salıb..."
"Bunu, mən də daxil olmaqla, əksər amerikalılar üçün anlamaq çətindir"- Vaşinqtondakı Amerika Universitetinin professoru...
ABŞ-ın beynəlxalq terrorizmlə elan etdiyi müharibə nəticəsində 2001-ci ildən bəri bütün dünyada ən azı 37 milyon insan öz doğma yurd-yuvasını tərk etməyə məcbur qalıb.
Tv 713 “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu cür məlumatlar ABŞ-ın Rod-Aylend ştatındakı Braun Universitetinin açıqladığı "Müharibənin nəticəsi" adlı məruzədə təqdim olunub.
Söhbət əsasən Amerika ordusunun genişmiqyaslı əməliyyatları nəticəsində Əfqanıstan, İraq, Liviya, Filippin, Yəmən, Pakistan, Somali və Suriyadan didərgin düşən mülki şəxslərdən gedir.
[img=left]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRcAYai6zG_CcH8BYzqh-jSiS1qv0O40SFNrA&usqp=CAU[/img]
"Nyu-York Tayms" qəzetində də dərc olunan hesabatda aparılan dəqiqləşdirməyə görə, ABŞ hərbçilərinin Burkina Faso, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Mali və Nigerdə apardıqları daha kiçik antiterror əməliyyatları da nəzərə alınarsa, planetdə Ağ Evin "beynəlxalq terrorla mübarizə" siyasətinin qurbanı olan qaçqınların ümumi sayı 48-59 milyon nəfərə çata bilər...
Tədqiqat müəlliflərindən biri Vaşinqtondakı Amerika Universitetinin antropologiya professoru Devid Vayn vurğulayıb ki, "bu hesabat ABŞ-ın həmin ölkələrə müdaxiləsinin bir çox cəhətlərdən dəhşətli dərəcədə fəlakətli və dağıdıcı olduğunu göstərir ki, bunu da, mən də daxil olmaqla, əksər amerikalılar üçün anlamaq çətindir".
Sevinc Əliyeva
tv713