Özbəkistan Prezidenti rus dilində danışmadı
Özbəkistan prezidenti Şevket Mirziyoyev Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Assambleyasında video-çıxışında indiyədək olan ənənəvi rus dilinə deyil, özbək dilinə çıxış edib.
TV 713 xəbər verir ki, Özbəkistanın müstəqillik qazandığı gündən bəri BMT Baş Assambleyasında prezident kimi müraciətində ilk dəfə özbək dilindən istifadə edən Mirziyoyevin bu addımı ölkədə böyük rəğbətlə qarşılanıb.