"Əli Kərimlinin bir əli Rusiyanın cibindədir, bir əli Qərbin”
AXCP NTK sədrindən ittiham
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin yayılmış səs yazısına yazının əsas müzakirə predmeti olan AXCP-nin Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev münasibət bildirib.
Aydın Əliyev partiyanın qərarının qanunsuz olduğunu, məhkəmənin onun haqqında çıxardığı qərarın qanuni olduğunu bildirdi. O eyni zamanda Hüquq-mühafizə orqanlarına da məlum səs yazısı ilə bağlı müraciət edərək baş verən prosesdə saxtalaşdırma olduğunu və bununla bağlı araşdırma aparılmasının zəruriliyini qeyd edib. Aydın Əliyev eyni zamanda son illər ərzində AXCP-dən uzaqlaşdırılan siyasi xadimləri də bu məsələdə laqeyd qalmamağa dəvət edib. Məsələ ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli ilə əlaqə saxladıq. O bildirdi ki, “Əgər Aydın Əliyevin xeyrinə məhkəmə qərarı varsa qərara əməl olunmalıdır”. Xatırladaq ki, Aydın Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət Təftiş komissiyasının sədri vəzifəsindən azad olunduğuna görə məhkəməyə müraciət etmiş, Məhkəmə partiyanın qərarını qanunsuz hesab edərək Aydın Əliyevi vəzifəsinə bərpa olunması haqda qərar vermişdir.
ıpp77ki
TV 713