Pgrezidentin köməkçisi dünyanın aparıcı KİV nümayəndələrini Azərbaycana dəvət etdi

Siyasət 29-sen, 14:439 tv713 32 0
Pgrezidentin köməkçisi dünyanın aparıcı KİV nümayəndələrini Azərbaycana dəvət etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (“Wall Street Journal”, “Reuters”, “Voice of America”, “New York Times”, “CNN International”, “Politico”, “Deutsche Well”, “El Pais”, “El Periodico”, ORF, “Bloomberg” və “Journo”) videoformatda mətbuat brifinqi verib.

Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən Hikmət Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu bildirib.

Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezidentin köməkçisi indiyədək ikisi azyaşlı olmaqla, 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib.

Habelə Hikmət Hacıyev ordumuzun əsas məqsədinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ələlxüsus ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi olduğunu bildirib.

Daha sonra Prezidentin köməkçisi jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr