QORXA-QORXA SEVİNİRƏM

Yazarlar 01-okt, 13:319 tv713 60 0
QORXA-QORXA SEVİNİRƏM

ARZU LAÇIN

Bir ümid işığı daxilimdə elə şölə saçır ki, gözlərimi[/b] qamaşdırır... Qorxa-qorxa sevinirəm... Gözlərimdən qeyri-ixtiyari axan yaşların sevinc yaşı olduğunu dadından bilirəm - elə şirin, elə dadlı, elə sevəcəndir ki...

 

Bax indi bu sətirləri yazanda da ürəyim məni qucaqlayır, gözlərimdən axan damcılar yanaqlarımı öpür, dodaqlarım göz yaşlarımla öpüşür...

 

Laçına çatanda...

Fikrimi tamamlaya bilmirəm... Əllərim ürəyimi qucaqlayıb yerindən çıxmağa qoymur, çatacağıq deyr, bir az daha səbr et...

 

Laçınım, dizlərini qucaqlayıb “məni bağışla” deyəcəm, bağışlarsan, deyilmi?.. Başımı sinənə qoyub hönkürəcəm, o mamır bağlamış qollarınla bağrına basacaqsanmı məni? Səndən sonra 28 dəfə böyümüşəm, tanıyacaqsanmı məni? Ağaran saçlarımı qaraya rəngləmişəm, üz-gözümdəki, əllərimdəki qırışları sızıltılı təbəssümümlə gizlədirəm... Ki, həmin o Arzunu tanıya biləsən... Yollarında qaçıb-yıxılan, dizi, dirsəyi yıxılmaqdan cızıq-cızıq olan, qoynunda xoşbəxt olan Arzunu... Səninlə bağlı quruculuq, yaradıcılıq arzuları olan Arzunu... Böyüyüb gəlmişəm Laçınım... Qocalıb gəlmişəm, Laçınım...

 

Laçına çatanda...

Fikirlərim qırılır... artıq ordayam – dizlərim yerdə, dodaqlarım torpaqda... bəs niyə yeriyə bilmirəm?.. Aç qollarını, VƏTƏN, qucağına sığınmağa, səndə ölməyə gəlmişəm... Elə küsmüşəm, elə kövrəlmişəm ki, könlümü səndən qeyrisi ala bilməz... Mən sənsiz xoşbəxt ola bilmədim, xoşbəxt et məni, Laçın... Yarım qalan arzularımı səndə tamamlayım, yarım qalan ömrümlə...

 

Laçına çatanda...

Sevgili Laçınım, sənsiz səninlə danışmaqdan boğazımda bir qəhər düyün bağlamışdı ha, bax o düyün bircə öpüşünlə əriyəcək... Ürəyimdə açılan şırımlar var ha, bircə toxunuşunla hamarlanacaq... Mən səndə cavanlaşacam, mən səndə yeindən doğulacam, yenidən arzularla dolacam...

 

Laçına çatanda...

Biz bir-birimizə necə də yaraşırıq, Laçınım...

 

Laçına çatanda...

Laçına çatdıq – demək istəyirəm!..
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr