Hikmət Hacıyev: “Xankəndi şəhəri ətrafındakı hərbi bazalar sıradan çıxarılıb”
Xankəndi şəhəri ətrafından Azərbaycan Respublikasının mülki insanlarına və yaşayış məntəqlərinə hücumlar həyata keçirilən bazalar sıradan çıxarılıb.
TV 713. az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
“Dəqiq atəş zərbələri ilə mülki insanlara xələl yetirməmək məqsədilə bu hərbi bazalar sıradan çıxarılıb. Düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiriləcək”.