Naxçıvan Azərbaycana birləşməlidir – Baxçalı
Baş verən hadisələrin fonunda Naxçıvan Muxtar Respublikasının Azərbaycana birləşməsi vacib şərtdir.
TV 713. az xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
“Eyni zamanda, bu, tarixi zərurətdir. Belə demək olarsa, ölüm-qalım məsələsidir. Naxçıvanın birləşməsi baş verərsə, tək səs, tək nəfəs, tək ürək olaraq zalıma və düşmənə qarşı mübarizə aparılacaq. Beləliklə, Azərbaycan haqlı və qanuni mübarizəsində daha güclü olacaq”.
Qeyd edək ki, Naxçıvanı Azərbaycanın materik hissəsi ilə birləşdirən Zəngəzur və Meğri 1922-ci ildə ermənilərə verilib