Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi

Mədəniyyət 15-okt, 13:469 tv713 156 0
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi

Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməsi fonunda erməni vandalizminə məruz qalan bir sıra tarixi abidələrimizin əvvəlki və indiki görüntüsünü əks etdirən paylaşımlar yayılır.

Onlardan biri də Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir.

Paylaşımlardan məlum olur ki, bir zamanlar Şuşanın gözəlliyinə xüsusi çalar qatan bu yer işğal müddətində vəhşicəsinə dağıdılıb.

Qeyd edək ki, məqbərənin açılışı 1982-ci ildə baş tutub. Açılışda o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev də iştirak edib.

Tv 713. az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə “TRT Haber”ə verdiyi müsahibədə bu hadisəni belə xatırlayıb:

“Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir”.

Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilib. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr