Şuşaya “tələsən” ermənilər yoldaca məhv edildi

Manset 06-noy, 12:449 tv713 63 0
Şuşaya “tələsən” ermənilər yoldaca məhv edildi

Azərbaycan Ordusunun Şuşa yaxınlığına çatması Ermənistanı qorxuya salıb.

TV 713. az sosial şəbəkələrin erməni seqmentinə istinadla xəbər verir ki, böyük itkilərə məruz qalan erməni qüvvələri Şuşanın “hər şey” olduğunu dərk etdiyi üçün işğalda saxladığı digər ərazilərdə olan əsgərlərdən bir qismini Şuşa istiqamətinə göndərməyə qərar verib.

Erməni generalitetinin bu planına Azərbaycan Ordusu mane olub. Belə ki, ermənilər Ağdərə və Xocavənd istiqamətindəki qüvvələrin bir qismini Şuşaya keçirməyə cəhd ediblər. Bu zaman Azərbaycan Ordusu Şuşa istiqamətinə göndərilən qüvvələri məhv edib.

Maraqlıdır ki, bu məlumat Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərlə üst-üstə düşür. Nazirlik Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşınından ibarət hərbi kolonunun Ordumuz tərəfindən pusquya salınaraq tam məhv edildiyini açıqlayıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr