İLQAR ALTAY:"Putin özünü də, Rusiyanı da bitirəcək"

Manset 01-okt, 15:099 tv713 31 0
İLQAR ALTAY:"Putin özünü də, Rusiyanı da bitirəcək"



Putin sübut etdi ki, ondakı Parkinson xəstəliyi dayaq-hərəkət sistemini, sonra sinir sistemini, yəni psixologiyasını pozandan sonra, nəhayət, psixikasını pozma stadiyasına çatıb. Aqressiv, uşaqlaşma obrazına salıb onu. 71 yaşında, bir böyük nüvə dövlətinin rəhbəri özünü ərköyün, şıltaq azyaşlı kimi aparır. Sanki qonşu ölkələrin ərazilərini uşaq oyuncağı kimi qabağına töküb kəsir-doğrayır və Rusiyanın ərazisinə birləşdirir. Sonra, etdiyinə sevinir, qışqırır və gözləri dolur. Elə bilir ki, bunu etməklə doğurdan birləşdirdi, bunu etməyi ilə həll olunur məsələ. Komediya!

Ukraynadan sonrakı planı Abxaziya, Osetiyanı Rusiyaya birləşdirməkdir... Artıq, Lukaşenkonu oraya göndərib danışıqlara. Sonra Qazaxstana keçməkdir fikri. Eynilə də, Ukrayna metodu ilə: qoşun yerit, separatizm qur, "referendum" qur, sonra bir yığıncaq keçirt və Rusiyaya birləşdir!
Ələ salıb bu, özünü də, rus xalqını, dünyanı da. Sonra görək beyin planı hansı qonşuya yönəlir. Özünü, bədənini, dərkini əlinə yığa bilmir, hələ qonşu dövlətləri yığıb yeni SSRİ qurmaq istəyir.
İnsan real həyatla yaşamır, uçur, adekvat deyil, özü də bilmir nə istəyir, nə törədir, niyə törədir.

Fəlakətdir. Bir nahəng, ucsuz-bucaqsız ölkəni alıb əlinə, 150 milyon xalqlı, neft-qaz resurslu, atom-nüvə silahlı uşaq oyuncağı kimi oynadır. Buradan ora-oradan bura çevirir, yatıb-durub ağlına nə gəlir, inadla edir. Bu nadincliyi ilə də dünyanı və ən əvvəl qonşu respublikaları tam narahatlıq içində saxlayır. Dinc oturmur adam. Lenin, Stalin, Mao, Pinoçet də diktator olublar, xəstəlikləri də olub, lakin belə əqli problemsiz və heç olmasa, kənardan özlərini görə biliblər. Belə, "filana yer, əlinə bel" düşənindən yan öt! Necə ki, Türkiyə, Azərbaycan konfliktdə deyil!

Ancaq öz insafslzlıgı, ədalətsizliyi ilə insanlığa, dünyaya qarşı çıxanı dünya, tale belə qoymaz. Bu insanın bitməyi gəlmiş, özünü də, Rusiyanı da çökdürüb bitirəcək. Nə etsə özünə edəcək.

*********
P. S. Cürət edib, bir media orqanı dərc etsin bu siyasi-psixoloji analizi. Xeyrli olar cəmiyyətlərə.

Ilqar Altay
politoloq
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr