Şuşada ŞƏHİD RUHLARI "Yallı" gedir

Yazarlar 08-noy, 21:359 tv713 88 0
Şuşada ŞƏHİD RUHLARI "Yallı" gedir

TAHİRƏ QAFARLI



Biz də Sizə qoşuluruq, Vətən Oğulları, Ruhunuz şad olsun...


Şuşa azad edildi - Azərbaycan əsgərinin qanı hesabına, Ali Baş Komandanın rəhbərliyi, cəsarəti hesabına, xalqın birliyi, torpağına sevgisi, inamı, torpaq uğrunda savaşmaq, uğrunda ölməyi bacarmaq əzmi hesabına!..


Şuşa azad olundu - uğrunda igidlik səlnaməsini yazan, torpağı öz qanı ilə dirçəldən şəhid ruhlarının, torpaqlarımızdan can alan doğma nəfəsin, döyüşən əsgərinə verdiyi ruhun hesabına!..



Şuşa azad olundu - igid oğullarının qanı, canı hesabına!..



İndi orda Şəhid Ruhları başını qaldırır, qamətini dikəldir, ayağa qalxır. AZƏRBAYCAN Mübarizlərin, Əlyarların, Cavanşirlərin, Albertlərin, Poladların və digər Şəhidlərimizin Ruhu ilə birlikdə yenidən oyanır və bu möhtəşəm, azadlıq tarixini yazır.



Bu gün TORPAQ UĞRUNDA ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN O VƏTƏN OĞULLARININ RUHLARI azad torpaqlardan bizə baxır, şərəflə!

Və bu gün Şəhidlərimiz azad etdikləri o torpaqlarda yallıya alay tutublar. Bu yallı alayı Azərbaycanımızın dörd bir yanında zəncir kimi bir-birinə bağlanıb, düşmən qarşısında sərhəd qurub, haray çəkirlər. Şəhidlərimiz yallıya alay qurur.


Hələ qabaqda LAÇININ, KƏLBƏCƏRİN XOCALININ, AĞDAMIN, AĞDƏRƏNİN, XANKƏNDİNİN tam azad olunacağı günlər var!

Biz Şəhid Ruhundan canlanaraq, ruh alaraq o yallı alayına qoşulub bütöv şəkildə "Koroğlu" üverturasının sədaları altında yallı gedəcəyik...



Bu gün bir bayram əhvalı yaşanır. Şəhid Ruhları Şuşanın dağlarında bir örpək kimi, bir çətir kimi qoruduğu vətəni həm də əzizləyir...



Şəhid Ruhları yallı gedir azad etdiyi torpaqlarımızda.

Şükr edirəm, Azadlığın mübarək Azərbaycan!
Şəhidliyin mübarək Azərbaycan!
Şəhidlərin qanı ilə ucalan, sevilən, yaşayan Azərbaycan, Səni sevirəm, Şəhidlərinlə canlanan, Qazilərinlə yaşayan, Döyüşçülərinlə öyünən Azərbaycanım!
O böyük bayramın - tam azadlığına qovuşacağın gün GƏLİR...

Şuşanın dağlarında, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda alay tutan ŞƏHİDLƏR yallıya başlamaq üçün gözləyir.

İşğalda qalan torpaqlar tam azad olunandan sonra o yallı alayı tam qurulacaq, Xankəndindən uzanan əllər qovuşacaq...


Və budur... Şəhidlərin Ruhu yallı gedir... gözlərimiz ağlayır, üzümüz gülür...

Biz də Sizə qoşuluruq!
Vətən Oğulları, Ruhunuz şad olsun!..
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr