AVMVİB- nin operativ müdaxiləsi və üzə çıxan həqiqət
Dünən mənim ünvanıma fb ostlarımdan olan Kəbir Rzayev aşağıdakı məzmunda belə bir yazı göndərmişdi. Yazıya toxunmadan olduğu kimi təqdim edirəm.
"Qusar rayon Mərkəzi Xəstəxanasına noyabrın-6 da Şuşa şəhəri ugrunda gedən döyüşlərdə yaralanmış 2 əskərimiz bu gün 12 noyabr 2020-ci ildə yerləşdirilib. Yaralı əskərlərimizə baş çəkdim və onların problemləri ilə maraqlandım .Xəstəxana işçiləri tərəfindən əskərlərimizə heç bir köməklik hətta onlara yemək də verilməyib. Vətənimiz ugrunda döyüşlərdə yaralanmış əskərlərə belə ladeyd münasibət dogrusu mənə pis təsir etdi. Rayon və xəstəxana rəhbərlərinə səslənirəm- ;Təcili yaralılarımıza lazımı köməklik göstərin! Ali Baş Komandan İlham Əliyev sizlərə belə ögey münasibətə görə təşəkkür edən deyil!"..
Yazı ilə əlaqədar ilk aradığım Kəbir RZAYEVİN özü oldu. Kəbir bəyə "Salam! Baş çəkdiyiniz o 2 əsgərin və baş həkimin adını deyə bilərsinizmi? Bu, sadəcə olaraq rəzalətdir" mətnli mesaj göndərdim.
Cavab gəlmədi, nəhayət partiyadaşlarının köməkliyilə Kəbir bəylə əlaqə saxlayıb ondan yazıyla bağlı daha dolğun məlumat verməsini xahiş etdim. O da yazdıqlarını bir daha təsdiqlədikdən sonra yerli xəstəxananın baş həkimiylə bağlı əlavə iddialar da irəli sürdü. İkinci əsgərin adını unutduğunu deyən Kəbir bəy hansısa məhkəmə işiylə bağlı Bakıda olduğunu, günortadan sonra Qusara gedəcəyini və gərəkərsə bizim də onunla birgə yol yoldaşı olmanın mümkünlüyünü də bildirdi...
Döyüşçülərə bağlı məqamlara, onların probleminə daim həssas yanaşan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin ( AVMVİB) sədri Füzuli Rzaquliyev məsələ ilə bağlı məni arayıb "baş verənləri" yerində araşdırmaq üçün rəhbərlik etdiyi qurumun yerli şöbəsinə xüsusi tapşırıq verdiyini bildirdi.
AVMVİB sədrinin məsələyə çox operativ bir şəkildə yanaşması başqa "həqiqətləri" üzə çıxardı. Belə ki, qurumun yerli şöbəsinin sədri bizə zəng edərək "məsələni kökündən araşdırandan" sonra bizə məlumat verdi ki, "deyilənlər həqiqət deyil, hər şey qaydasındadır.
Veteran döyüşçü fikrini əsaslandırmaq üçün hazırda xəstəxanada yatan Qusar rayonunun Piral kəndindən olan yaralı əsgərin telefonla bizimlə danışmasına da şərait yaratdı. Əsgər də veteran döyüşçünün dediklərini bir daha təsdiqləyərək digər yaralı əsgər yoldaşı əslən Qusarın Şirvanovka kəndindən olan Zaminin də onunla həmrəy olduğunu bildirdi.
Sonda əsgərlər onlara diqqət ayıran hər bir Vətəndaşımıza öz təşəkkürlərini bildirdilər. Ümid edirik ki, bundan sonra belə yanlış informasiyaların şahidi olmayacağıq.