İbrahim Məmmədov: “Düşmən təcavüzü nəticəsində Azərbaycanda təqribən 3 min 700 obyektə ziyan dəyib”
Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ziyan görmüş obyektlərin sayı açıqlanıb.
TV 713. az xəbər verir ki, bu sözləri Bakı Biznes Mərkəzində müharibə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və bunun aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən görülən işlər barəsində keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda təqribən 3 min 700 obyektə müxtəlif dərəcəli ziyan dəyib.
“Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər. Qiymətləndirməni həyata keçirmək məqsədilə yerli özəl qiymətləndirmə şirkətlərinin də prosesə cəlb olunması planlaşdırılır”.