Ermənilər Tərtərə 15 698 top mərmisi atdı

Aktual 03-noy, 12:589 tv713 58 0

Ermənilər Tərtərə 15 698 top mərmisi atdı

Noyabrın 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini artilleriya atəşinə tutub.

TV 713. axar.az-a istinadla xəbər verir ki, saat 15:40 radələrindən başlayaraq düşmən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndlərinə ümumilikdə 52 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Tərtər rayon sakini Füzuli Həsənov bildirib ki, düşmən tərəfindən atılan top mərmiləri nəticəsində evi dağılıb. O qeyd edib ki, buna baxmayaraq rayon ərazisini tərk etməyiblər:

"Şəhər ərazisində həyat öz axarı ilə davam edir. Biz düşməndən qorxmuruq. Ordumuza güvənirik. Yaşasın Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır!"

Sentyabrın 27-dən noyabrın 2-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilikdə 15 698 top mərmisi atılıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 915 evə ziyan dəyib, 135 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 8 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr