Ramiz Mehdiyev və Əli Həsənov vəzifələrindən azad edildilər

Ölkə 19-noy, 12:259 tv713 39 0
Ramiz Mehdiyev və Əli Həsənov vəzifələrindən azad edildilər


Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən - Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

Bu barədə TV 713. az-a Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.

Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.

Qeyd edək ki, prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırlıb. Onun yerinə Namiq Əliyev seçilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar