"TƏNHA CANAVAR"a "Buğra dərəsi"ndə qurulan pusqu

Şahidlər və Şəhidlər 26-noy, 07:239 tv713 791 0
İkinci Fəxri Xiyabanda dəfn olunan mayor Elçin Mansurovun xatirəsinə



"TƏNHA CANAVAR"a "Buğra dərəsi"ndə qurulan pusqu

Rayonumuzdan gedən heyətlə on gün əvvəl işğaldan azad olunmuş Füzuli rayonu və Hadrud qəsəbəsində dislokasiya olunmuş əsgər və zabitlərimiz üçün ərzaq yardımı aparmışdıq. Bu səfərdə Füzuli rayonunun Şükürbəyli kənd yaxınlığına yolumuz düşdü. N saylı hərbi hissədə əsgərlərimizə bu yardımdan sovqat paylayan zaman burada döyüşən əsgər və zabitlərlə təmasda olduq. Zabitlərdən biri Yardımlıdan olduğumuzu bilib şəhidimiz, mayor Elçin Mansurovun adını çəkdi. Onun qəhrəmanlığından, şücaətindən, əsgərlərlə xoş davranışından, yüksək əxlaqından, yüksək vətənpərvərliyindən elə gözəl epizodlar danışdı ki, elə bildim, şəhidimiz Elşən haqqında yox, general Polad Haşımov haqqında danışır. Ürəyim dağa döndü, özümdən ixtiyarsız gözlərim də yaşardı ki, heyf belə oğulları tez itirdik. Təsadüfən, bu söhbətə Ostayir və Gavran kəndlərindən olan həmyerli döyüşçülərimiz də qoşuldu. Hətta hərbi hissədə mayor Elçin Mansurova məxsus xidməti kabineti də mənə göstərdilər. Mayor Elçini qəhrəman kimi sevdikləri üçün onun xidməti otağı şəhid olan gündən ehtiram əlaməti olaraq bağlı saxlandığını, heç kimin ürək edib həmin otağı açmadığının şahidi oldum. Onun xidməti otağının giriş qapısında “Döyüş hazırligi üzrə bölmə rəisinin müavini mayor Elçin Mansurov”- yazılmışdı.Yanımda olan fotoaparatla heç olmasa bu qürurverici nişanı fotoya və ya videoya almaq istəsəm də, hərbçilərimiz qaydalara görə icazə vermədilər. Qürurdan və bir də nisgildən gözlərim yaşardı, düzünü desəm, ağladım, şəhidimiz üçün dualar edib, oradan kədərlə ayrıldım...


"TƏNHA CANAVAR"a "Buğra dərəsi"ndə qurulan pusqu

Elçin Elşən oğlu Mansurov 25 noyabr 1984-cü ildə Bakıda qulluqçu ailəsində anadan olub. Atası Elşən Fürsənd oğlu Mansurov rayonumuzun Kürəkçi kəndində anadan olsa da, gənclik illərindən başlayaraq, uzun illər Bakı Aeroportunda yüksək vəzifələrdə, sonradan isə doğma Kürəkçi kəndində müəllim işləyib. Heyf ki, cəmi 52 il yaşayıb. Elçin də atasını çox sevdiyi üçün onun ölümü ilə barışa bilməyib, hətta ailə qurmaqdan belə imtina edib.
Elçin Mansurov Bakıda ali hərbi məktəbi bitirəndən sonra 13 illik hərbi xidmətini cəbhənin ən qaynar nöqtələrində- Tovuz, Murov, Füzuli bölgələrində olan hərbi hissələrdə keçirib. Qorxmaz kəşfiyyatçı kimi yüksək komandanlıq tərəfindən daim təqdir edilib. Hətta zabitlərin dediyinə görə “Tənha canavar” ləqəbi ilə tanınıb. Bunun da səbəbi Elçinin tez-tez “Dil” gətirmək istəyi ilə kəşfiyyata yollanaraq düşmənin arxasına keçməsi olub. Dəfələrlə tutub gətirdiyii dığalardan qiymətli kəşfiyyat məlumatları öyrənilib...

Mayor Elçin Mansurov Milli qəhrəmanımız Fərid Əhmədovla kursant yoldaşı olub və yaxından dost olublar. Hər dəfə kəşfiyyata gedəndə deyirmiş ki, Fəridin intiqamını almaq üçün düşmən ovuna gedir. Elə ovu da daima “qanlı” olarmış. Ona görə də ermənilər mayor Elçin Mansurovun başına pul vəd ediblər, amma Elçin daim onlar üçün qorxulu və ələkeçməz kəşfiyyatçı olub. Bu illər ərzində 6 medalla təltif olunub. Korpus komandiri general- mayor Mais Bərxudarov və digər yüksək vəzifəli zabitlər tərəfindən dəfələrlə fəxri fərman və müxtəlif hədiyyələrə layiq görülüb.
27 sentyabrda başlayan Vətən müharibəsində Elçinin komandirliyi altında 24 nəfərlik qrupdan ibarət heyət heç bir itki vermədən düşmən postunu ələ keçirib. Yenə də sonrakı döyüşlərdə 17 şəhid, 5 yaralı olmaqla qısa müddət ərzində düşmənin olduqca strateji əhəmiyyətli 3 postunu ələ keçirib, 30 ildən sonra azad olunmus mövqeyə bayrağımızı sancıb. İkinci hücum zamanı cəmi 45 dəqiqə ərzində düşmənin 2 tağımını darmadağın edib. Sonra qorxmaz qəhrəmanımız mayor Elçin Mansurov tabeçiliyində olan qrupdan ayrılaraq düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına hücum edərək, daha 22 düşmən əsgərini təkbaşına məhv edib, geri qayıdan zaman “Buğra dərəsi” adlanan ərazidə düşmən snayperi tərəfindən vurularaq şəhidlik zirvəsinə yüksəlib...
Mayor Elçin Mansurov həm də 2016-cı ildə "Aprel savaşı"nda da cəsurluğunu sübut etmişdi. 11 oktyabr 2020-ci ildə onun cənazəsi doğma Yardımlıya yox, məhz komandanlığın tövsiyyəsi ilə Bakı şəhərində, II Fəxri Xiyabana gətirilərək böyük izdihamın müşayəti ilə general Polad Haşımovun dəfn edildiyi məzarın yaxınlığında torpağa tapşırılmışdır.

Zabitlərimizin söylədiyinə görə mayor Elçin Mansurov heç vaxt rütbə üçün can atmayıb. Sadə, səmimi, sözün əsil mənasında Vətəni canından əziz bilən bir zabit olub. Ruhu qarşısında baş əyirəm. İnanıram ki, tarix kitablarımız onun haqqında hələ zaman-zaman yazacaq!

Əli İskəndərov
"Yardımlının Səsi" qəzeti
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr