İlham Əliyevin 9 il öncəki tələbi... – Paşinyan yazdı

Manset 29-noy, 15:369 tv713 210 0

İlham Əliyevin 9 il öncəki tələbi... – Paşinyan yazdı

Hələ 2011-ci ildə Kazanda hazırlanan razılaşmaya görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu keçid (son olmayan) status və gələcəkdə referendum qarşılığında verməyə hazır idi. Amma Azərbaycan bununla razılaşmadı və yeni tələb irəli sürdü. Azərbaycanın tələbi belə idi: Qarabağ və Laçın koridoru üçün heç bir status olmayacaq!

Tv 713. az xəbər verir ki, bu sözləri Nikol Paşinyan sosial şəbəkə hesabında qeyd edib.

Paşinyan qeyd edib ki, Şuşa məsələsi 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərində müəyyənləşdirilib. Bu sənədə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 1988-ci ildəki nisbətdə olmalıdır.

Paşinyan iddia edib ki, 2013-cü ildən etibarən 2016-cı ilin aprel müharibəsinə qədər Azərbaycan sərhəddə gərginliyi artırmağa başlayıb:

“Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərini yerinə yetirməməyə və birtərəfli qaydada tələblərini irəli sürməyə davam etdi. 2018-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra bütün bunlarla tanış oldum. Nə edə bilərdim? Xalqa müraciət edib, "Dostlar, vəziyyət belədir — ya Qarabağın statusu olmadan yeddi bölgədən imtina edirik, ya da müharibə olacaq” deyə bilərdim.

Onda insanlar nə deyəcəkdilər? Onlar vətənlərini müdafiə edəcəkdilər. Müharibə başlayacaqdı və elə alınacaqdı ki, müharibəni Ermənistan başladıb. “Əraziləri qaytarırıq” desəydim, bu səfər insanlar "Nikol xaindir" deyəcəkdi və müharibə yenidən başlayacaqdı”.

Baş nazirin sözlərinə görə, məsələni Türkiyə-Azərbaycan hərbi təlimləri mərhələsində danışıqlar yolu ilə həll etməyə çalışsaydı (yəni iyuldakı gərginlik (Tovuz təxribatı nəzərdə tutulur – red.) ilə sentyabrdakı müharibə aralığında), ondan qoşunların geri çəkilməsi üçün xüsusi bir cədvəl tələb olunacaqdı. Buna razı olduğu təqdirdə isə yenə xain adlandırılacaq və yenə müharibə başlayacaqdı:

“Beləliklə, 2018-ci ildən sonra Qarabağ məsələsi çıxılmaz vəziyyətə gəldi, bundan yalnız bir çıxış yolu vardı - ərazilərin qeyd-şərtsiz geri qaytarılması və Azərbaycanın yeni tələblər irəli sürməyəcəyinə dair zəmanət olmadan yeni bir müharibə riski!”

Paşinyan yazır ki, müharibə başlayan kimi onu dayandırsaydı, eyni şey olacaqdı — yeddi rayonu geri vermək:

“İndi bir çox insan deyir ki, Ermənistan öz dostları ilə daha yaxından əməkdaşlıq etməli idi. Amma kim deyir ki, dostların məsələnin həllinə fərqli baxışları var idi? Ən azından indi, düşünürəm ki, onların baxışlarının yuxarıda göstərilənlərlə tamamilə üst-üstə düşdüyü aydın oldu.

Bütün deyilənlərin fonunda Ermənistan mümkün qədər müharibəyə hazırlaşırdı. Bəlkə də zəif hazırlaşdı, amma iyul döyüşləri ən azından Azərbaycana qarşı yaxşı hazırlaşdığımızı göstərdi. Ancaq Türkiyə və muzdlular daha sonra müzakirə ediləcək başqa bir hekayədir”.

Ermənistanın baş naziri onu da qeyd edib ki, hazırda vəziyyəti sabitləşdirmək lazımdır:

“Əsas məsələ əsirlərin geri qaytarılması və itkin düşənlərin aqibətinin aydınlaşdırılması ilə bağlı işlərdir. Bu məsələ çox sürətlə həll edilməlidir.

Düşmən görür ki, məsələnin təxirə salınması Ermənistanda vəziyyəti daha da gərginləşdirməyə kömək edir, hətta toqquşmalara səbəb olur. Bu halda əlbəttə, onlar əllərini sallayıb gözləyəcəklər ki, bu, Ermənistanda hansı daxili gərginliyə səbəb olacaq”.

Paşinyan buna görə daxili çəkişmələri bir kənara qoyub, bütün gücləri birləşdirməyi təklif edib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr