Baxçalıdan İrana: Buyur, bu şeirə də etiraz et!
Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda oxuduğu şeirdən dolayı İran siyasilərinin “narahatlığı”na dair fikir bildirib.
Tv 713.az xəbər verir ki, MHP sədri Tvitter səhifəsində mərhum şair Arif Nihat Asyanın şeirini paylaşıb:
“Ağlayın, parmakları nur, sularından kınalı kızlarım;
Ağlasın Meraga göklerinden, Meraga'ya bakıp yıldızlarım,
Şu yakın suların, kolu neden bükülmez,
Fırat niçin, Dicle niçin, Aras niçin benden doğar, bana dökülmez?”
Baxçalı şeirin ardınca bunları yazıb:
“Buyursunlar, bu şeirə də etiraz etsinlər. Marağanın (Cənubi Azərbaycan) harada olduğunu bilənlər bilir, bilməyənlər də bu gedişlə öyrənər. Türkün sünnisi, şiəsi olmaz! Türk türkdür! Türklüyə sədd, sərhəd çəkilməz!”