Xosrov bəy Sultanov və Arif Paşa ilə ayaq açan ordu quruculuğumuz
DOĞUM GÜNÜN QUTLU OLSUN, KOMUTAN!
Azərbaycan 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyini qazanandan sonra MİLLİ ORDUMUZUN İLK QURUCUSU KOMUTAN ARİF PAŞANIN BU GÜN DOĞUM GÜNÜDÜR...
Bu gün kimsə ötən əsrin sonunda ordu quruculuğumuzu 701-lə bağlayırsa, yanılır. 701 yaranmamışdan öncə 1989-cu ildən pərakəndə halda torpaqlarımızın müdafiəsinə cəlb edilmiş Laçın batalyoniu artıq 1991-ci ildə nizami bölük kimi kazarma şəraitinə keçmişdi. Və bu da taleyin lütfü idi: iyirminci əsrin əvvəlimdə ordumuzu formalaşdıran Xosrov bəy Sultanovun Ruhu əsrin sonunda yenə də həmyerlisi Arif PAŞAnın cismində təcəlla etmişdi.
DOĞUM GÜNÜN QUTLU OLSUN, MİLLİ ORDUMUZUN İLK QURUCUSU!
SƏNƏ BÜTÖV AZƏRBAYCANI GÖRMƏYİ ARZULAYIRAM!
AMMA VƏ LAKİN...fərd olaraq təsəvvür edirdim ki, hər ilin 26 iyun tarixində ordu quruculuğu günü İLK OLARAQ ARİF PAŞAnın təəssüratları xalqa çatdırılacaq, Onunla görüşlər təşkil ediləcək....
Olmadı!?
Fərd olaraq təsəvvür edirdim ki, cənab Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz torpaqlarımızı, özəlliklə Laçını azad edəndən sonra İLK OLARAQ ARİF PAŞANI ( özəlliklə 811 və 713-ün döyüşçülərini, Laçın polisini) dişiylə, dırnağıyla qoruduğu, Şəhidlərimizin qanıyla sulandığı o yurd yerlərimizlə təntənəli bir surətdə dəvət edəcəklər.....
O da olmadı!?
Eyb etməz!
Olsun!...Təki Dövlətimiz, Millətimiz var olsun!
Yetər ki, Arif Paşanın və onun qəhrəman Döyüşçülərinin, o cümlədən keçmiş 811, 713 və Laçın Polisinin Fədailər Ordusunun uğrunda can qoyduqları Dövlətimiz ayaqdadır, Yurd Yerlərimiz tam olmasa da, əksər hissəsi düşməndən azad edilib....
Torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin Ruhu qarşısında baş əyirəm!
Dövlətimiz, millətimiz var olsun!
Arif bəy demişkən, "DÖVLƏTİMİZƏ, MİLLƏTİMİZƏ CANIMIZ FƏDA!"...
ARİF PAŞA kimi Vətəndaş öz dövlətinə sahib çıxanda dövlət güclü olur. Və həmdə Dövlət öz Vətəndaşına sahib çıxanda ARİF PAŞALAR daha da güclü olur...
GÜCLÜ DÖVLƏT, GÜCLÜ VƏTƏNDAŞ....
DOĞUM GÜNÜN QUTLU OLSUN, KOMUTAN!
UNUTMAYAQ Kİ, UNUDULMAYAQ!