Türkiyədən Rusiyaya mesaj: Krımın ilhaqını tanımırıq!
Donbas bölgəsindəki konfliktin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyirik.
Tv 713. az xəbər verir ki, bu sözləri Ukraynada işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Donbasda atəşkəsin ara-sıra pozulmasına baxmayaraq, davam etməsindən məmnunuq”, - deyə türk nazir bildirib.
Çavuşoğlu həmçinin əlavə edib ki, Türkiyə hökuməti Krımın qeyri-qanuni ilhaqını tanımır