Ali Baş Komandana Doğum Günü təbriki
24 DEKABR Ali Baş Komandanımız, cənab İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜDÜR!
713-cü taborun keçmiş döyüşçüləri adından Doğum Günü münasibətilə Ali Baş Komandanımızı təbrik edir, çıxışlarında bəyan etdiyi YOL XƏRİTƏSİ üzrə uğurlu əməliyyatları davam etdirməkdə Ona möhkəm iradə, qətiyyətli addım və can sağlığı arzulayıram!
Arzu edirik ki, günün birində "Göyçə, Zəngəzur AZƏRBAYCANDIR!" şüarımız da Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut edən RƏŞADƏTLİ ordumuzun sayəsində gerçəyin özü olsun və doğrudan da, Azərbaycan dünyaya Günəş kimi doğsun!
Arzu edirik ki, növbəti Doğum Gününü qutlayanda azad Azərbaycanımızda rus əsgərinin ayaq səsləri eşidilməsin!
Biz bu gün Qarabağa sahib çıxmaqla doğma yurd yerlərimiz uğrunda Şəhid olan bütün bacı və QARDAŞLARIMIZIN Ruhlarını şad etdik, haray çəkən, inildəyən Ruhları sevindirdik! Və bu sevinci bizə bəxş edən "DƏMİR YUMRUQ" əməliyyatı oldu. Dəmir yumruqla düşmənin başını əzən RƏŞADƏTLİ ORDUMUZA EŞQ olsun!
Eşq olsun bu ordunun Ali Baş Komandanına!
Eşq olsun Türkiyə-Azərbaycan qardaşlığını sarsılmaz gücə çevirən BİRLİYİMİZƏ!
TANRI Birliyimizi, Bütövlüyümüzü qorusun!
Atəşkəs dönəmindən ta indiyə kimi söylədiyimiz bir arzumuz 44 günlük VƏTƏN Müharibəsindən sonra müsbət sonluğuna qovuşdu - Zamanın yetişdirdiyi Lider Azərbaycana sahib çıxmaq uğrunda ölüm-dirim savaşına girişdi və QALİB ƏSGƏR OLDU!
Çaldırandan üzü bu yana qos-qoca türk hökmdarları sanki başqa düşmən tanımadılar: bir- birilərini didib bu gün bizə soyqırımları, deportasiyaları, qətliamları yaşadanlara geniş əl-qol açmaq üçün fürsət verdilər. Qazandıqları qələbələr də ya ancaq qardaşın belini qırmaq, ya da bir-birindən uzaq düşmüş qardaşları bir yerə toplamaq hesabına oldu. Qanımıza susayan düşməndən itirdiyimiz torpaqları geri alan olmadı...
Son 500 illik tariximizdə bu möhtəşəm qələbəni İlham Əliyev Ali Baş Komandan olaraq qazandı: itirilmiş türk yurdunu düşməndən xilas etdi və 500 İLLİYİMİZİN ADAMI oldu!...
AMMA VƏ LAKİN...BU QƏLƏBƏ VƏ UĞUR QARŞILIĞINDA RUSİYA "SÜLHMƏRAMLILARI" AZƏRBAYCANDA QALACAQSA 10 NOYABRDA İMZALANAN SAZİŞ 1990-CI İLDƏ RUS QOŞUNLARINI BAKIYA ÇAĞIRAN ALİ SOVETİN QƏBUL ETDİYİ QƏRARIN NƏTİCƏSİYLƏ EYNİYYƏT TƏŞKİL EDƏCƏK.
HARADA RUSİYA VARSA, ORADA İŞĞAL FAKTI VAR!
HARADA RUSİYA VARSA, ORADA SOYQIRIM VAR!
HARADA RUSİYA VARSA, ORADA DEPORTASİYA VAR!
HARADA RUSİYA VARSA, ORADA REPRESSİYA VAR!
HARADA RUSİYA VARSA, ORADA YALAN VAR, MƏKR VAR, RİYA VAR!...
Cənab Prezident, Qarabağ problemini yaradan Rusiyadan "sülhməramlı" ola bilməz! Siz yaxın gələcəkdə Qarabağdan Rusiya FAKTORUNU uzaqlaşdırmaqla AZƏRBAYCANIMIZI həm də Rusiya işğalından, Rusiyanın ƏLİYLƏ törədilə biləcək soyqırımdan, deportasiyalardan, repressiyalardan, yalandan, məkrdən, riyadan xilas etmiş olarsınız. Biz Sizdən bunu gözləyirik!
İnanırıq ki, DƏMİR YUMRUQ buna qadirdir!..
Doğum Günün qutlu olsun, son 500 illik tariximizin Adamı!
Doğum Günün qutlu olsun, cənab Ali Baş Komandan!
İGİD TEYMURLU
TV 713. az