Yeni “Bayraqdar”lar gəlir...

Manset 19-yan, 13:059 tv713 82 0

Yeni “Bayraqdar”lar gəlir...


Dünya Türkiyənin döyüş pilotsuz təyyarələrinin Liviya, Suriya və Qarabağda gedən hərbi əməliyyatlarda oynadığı rolu müzakirə etməkdə ikən əfsanəvi "Bayraqdar TB2" PUA-larının memarı daha bir yeniliyi təqdim etməyə hazırlaşır.

Tv 713. az Virtualaz.org-a istinadla xəbər verir ki, bu dəfə "Baykar" şirkəti şaquli enib-qalxan "Bayraqdar" kəşfiyyat dronları işləyib hazırlayıb və yaxın günlərdə sınaq uçuşlarına başlayacaq.

Taktiki pilotsuz uçan aparatlar sinfinə daxil olan bu "Bayraqdar" havaya tamamilə avtonom qalxa bilir, avtomatik, yəni yerüstü idarəetmə məntəqəsi ilə əlaqəsi olmadan uçuş həyata keçirir, avtonom olaraq yerə enir və yarıavtonom rejimdə uçuş qabiliyyətinə də malikdir.

"Bayraqdar" şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatı elektrik motorlarını işə salaraq şaquli şəkildə havaya qalxır, daha sonra yanacaqla işləyən əsas mühərrikini işə salır və elektrik mühərriklərini söndürərək uçuş həyata keçirir. 12 saat fasiləsiz havada qala bilir, maksimal uçuş hündürlüyü 15 min futdur, normal uçuş hündürlüyü 9 min fut nəzərdə tutulur.

Bu pilotsuz uçan aparat üç eniş opsiyasına malikdir: şaquli eniş, gövdə üzərinə eniş və paraşütlə eniş. Məlumatları 150 kilometrə qədər məsafədən komanda mərkəzinə ötürür, qanadlarının eni 5 metr təşkil edir, 5 kiloqram faydalı yük qaldıra bilir. Hədəfi lazerlə işarələyir və lazer məsafəölçəninə malikdir.

Şaquli enib-qalxan pilotsuz təyyarələrin əsas üstünlüyü onların hər hansı hava limanı və ya uçuş meydançası olmadan istifadə edilməsi imkanıdır.

Xatırladaq ki, "Baykar" şirkəti döyüş qabiliyyəti, taktiki-texniki göstəriciləri "Bayraqdar TB2"-lərdən daha üstün olan, lazerlə hədəfə yönləndirilən 8 "ağıllı" raketlə təchiz edilmiş "Akıncı" pilotsuz təyyarələrinin də bu ildən etibarən seriya istehsalına başlayıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr