Paşinyan devrilsə, Bakı mühüm şans qazanacaq

Siyasət 21-fev, 00:299 tv713 66 0
Paşinyan devrilsə, Bakı mühüm şans qazanacaq


Paşinyanın yaxın aylarda devriləcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Kreml də Paşinyanın indiki mərhələdə devrilməsini istəmir. Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə imzalanan 10 noyabr və 11 yanvar bəyanatlarını həyata keçirməlidir.

Tv 713.az xəbər verir ki, bu sözləri politoloq İrəvandakı mitinqlərin nəticəsini şərh edən Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyanın içəridən devrilməsi ehtimalı diqqətdən qaçırılmamalıdır:

“Ermənistan müxalifəti bu gün də Baş nazir Nikol Paşinyana qarşı uğursuz cəhd etdi və mitinqlərin gələn həftə davam edəcəyinə qərar verdi. Mitinqdə çıxış edənlər müəssisələri tətilə, ordu və polisi isə qiyama çağırdılar. Əlbəttə, Paşinyan var gücüylə bunun qarşısını almağa çalışacaq. Ancaq müxalifət də hakimiyyəti içəridən dağıtmaq üçün fəaliyyətinə ara verməyəcək”.

Politoloq Ermənistanda baş verə biləcək mümkün çevrilişin və xaosun Qarabağdakı vəziyyətə təsiri barədə bildirib:

“Müxalifət liderləri açıq deyirlər ki, Paşinyanı devirsələr belə, 10 noyabr bəyanatından kənara çıxa bilməyəcəklər. Ancaq müxalifət liderləri eyni sözləri 11 yanvar Moskva razılaşmasına aid etmirlər. Yəni müxalifət təmsilçiləri regional əməkdaşlığın və kommunikasiya xətlərinin açılışının əleyhinədirlər. Bu isə Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyanın da maraqlarına ziddir. Demək, əgər müxalifət və ya ordu içərisindən hansısa qüvvə Paşinyanı devirsə, yeni durum formalaşacaq. Bundan çəkinmək lazım deyil, əksinə, manever imkanlarımız genişlənəcək və Qarabağda yarımçıq qalan işlərimizi sonlandıra bilərik. Rusiya Prezidenti Vladimir Putin də 10 noyabrdan bir neçə gün sonrakı müsahibəsində qeyd etmişdi ki, Ermənistan razılaşmalardan imtina edərsə, ağır nəticə ilə üzləşməli olacaq. Ona görə bizim Ermənistanda zorakı hakimiyyət dəyişikliyi ilə bağlı ssenarimiz olmalıdır”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar