LAÇIN AZƏRBAYCANIN BEL KƏMƏRİDİR
ETİBAR HƏSƏNQULİYEV
ehtiyatda olan mayor
XƏCALƏT DOLU YUXU VƏ LAÇINSIZ YAŞAMAĞIN "ZÖVQÜ"
18 may 1992-ci il
31 mart-03 aprel 1993-cü il
LAÇINN işğalı!!!
Bəli, məhz bu iki tarix - 11 ayda iki dəfə işğal olunan LAÇIN!
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda canını fəda edən, həlak olmuş və itkin düşmüş QƏHRƏMANLARIMIZIN nigaran və naməlum ruhları qarşısında baş əyərək hörmət və ehtiramımı bildirir, eləcə də sağlamlığını itirən qəhrəmanlarımıza allahdan şəfa diləyirəm. Sona qədər qəhrəmanlıqla döyüşən igidlərimizin qarşılarında baş əyərək onlara can sağlığı arzulayıram!!!
Xankəndinin ətraf kəndlərinin işğalı, Xocalı soyqırımı və Şuşanın düşmən tərəfindən ələ keçirilməsi LAÇININ taleyini sual altına saldı. Şuşanı biabırçı şəkildə qoyub qaçanlar LAÇINDA dayanmayaraq Bakıya və üz tuturlar.
Dörd il müddətində düşmənə qarşı mərdliklə sinə gərən LAÇIN və laçınlılar çətin durumda idilər. Müharibənin ilk günlərindən məsuliyyəti öz üzərinə götürən Azərbaycan milisi(polisi) artıq 1991-ci ilin sonlarında müharibənin daha aktiv fazasına keçəndə nə qədər qəhrəmanlıqla düşmənə qarşı döyüşsələr də, nizami orduya ehtiyac duyulyurdu.
Belə bir vaxta LAÇINDA özünümüdafiə batalyonu yaradılır, sonradan o dövr üçün ən nizamlı hərbi hissəyə çevrilir. Şuşanın işğalı zamanı baş verən xaos, özbaşınalıq artıq LAÇINDAKI qüvvələrə də sirayət etmişdi.
Müharibələr tarixinə nəzər saldıqda ən güclü silah xaos və xofun yaradılmasıdır. LAÇINDA bir tərəfdə mövqe döyüşləri getdiyi halda,digər tərəfdə yerli əhalinin köçməsi üçün maşın karvanları və diğər(ərazidə nizamsız atəşlərin və süni döyüşlərin yaradılması)hadisələrin baş verməsi mürəkkəb vəziyyəti daha da mürəkkəbləşdirirdi. Qeyd etmək istərdim ki, yerli qüvvələrin(xüsusən polis və könüllülərin) böyük döyüş təcrübəsi olmasına baxmayaraq yuxarıda sadaladığım amillər öz təsirini göstərirdi. Müharibə gedən ərazidən yerli əhalinin çıxarılması əksər hallarda ərazinin işğalına səbəb olur. Əgər səngərdəki əsgər bilsə ki, mövqeni tərk etdikdə arxada dinc əhali və onun ailə üzvləri var, şübhəsiz ki, o əsgər daha qətiyyətlə döyüşəcək. Artıq bunlar LAÇINDA baş vermir, döyüşçü bilmir ailəsini düşünsün, ya döyüşdüyü mövqeni.
Nəzərə alsaq ki, LAÇIN polku aprel ayının 30-da ləğv olunmuşdu və bundan yerli əhalinin və şəxsi heyətin xəbəri yox idi (əslində əmr dərhal şəxsi heyətə və əhaliyə çatdırılmalı idi), bu, vəziyyəti daha da ağırlaşdırırdı. Onu da qeyd edim ki, Bakıdakı rəhbərlik LAÇIN polkunun sonuncu dəfə ləğv edildiyi vaxta qədər bir neçə dəfə başa düşülməyən, bu günə qədər də qaranlıq qalan səhv əmrlər nəticəsində gah nizami ordu hissəsi ,gah da qeyri qanuni silahlı birəşmə eləmişdir. Çünki bu əmrə qədər bəzi problemlər(təchizat və s.)istər hakimiyyət orqanları, istərsə də yerli əhalinin iştirakı ilə aradan qaldırılrdı. Artıq bu da gec idi. ƏGƏR əsas qüvvələrimiz rayon mərkəzindən şimala və cənub istiqamətində mövqeləri tutsa idi, koridor istisna olmaqla digər ərazilərin əldə saxlanması mümkün olardı.
Əfsuslar olsun ki, belə bir fikir rayon rəhbərliyi tərəfindən irəli sürülmüşdür, ancaq bu da baş vermədi. LAÇIN ətrafındakı mövqelərimizdə (Ermənistan və Qarabağ istiqamətində) düşmən qüvvələrinin çox olmasına baxmayaraq az sayılı qüvvələrimiz düşmənə layiqli cavablar verir, əksər hallarda düşməni geri çəkilməyə məcbur edirdilər. Bu da o demək idi ki, ŞUŞA-da olduğu kimi LAÇINda da düşmənə qarşı döyüşənlər az saylı vətən fədailəri idi.
BU ANDA BİR HADİSƏ YADIMA DÜŞÜR...
May ayının 12-si LACINIn şimal istiqamətindən LAÇINa daxil olarkən LAÇINın müdafiəsində iştirak edənlərdən 2 döyüşcü ilə qarşılaşırıq. Onlara məxsus UAZ markalı maşında özlərinin fərdi silahları ilə bərabər qrup silahı (PK pulemyotu) və xeyli sayda sursat var idi. Hər ikisini tanıdıgımız üçün böyük qardaşım onlara kənddə qalan və kəndi tərk etmək istəməyən qardaşlarım üçün avtomat patronu lazım olduğunu deyir. Onlar patron verməkdən imtina etdikdə yanımızda olan Pircahan kəndinin və LAÇIN rayonunun tanınmış agsaqqalarından biri (Abbasov Əfqan)doğrudan patronların onlara vacib olduğunu deyir. Onlar cavabında "nə patron?" dedikdə, mən uşaqlıqmı deyim , yaxud yeniyetmə olmaqmı deyim, söhbətə qoşularaq "5,45 kalibrli patron istəyirəm" dedim. Bu döyüşçülərdən biri çox kinayəli və istehzalı şəkildə rayonun müdafiəsinin onlar tərəfindən təşkil olunmasını və buna onların cavabdeh olduğunu deyərək kimin hara getmək və yaxud qalmaq istədiyini özünüz bilərsiniz deyərək söhbətə son qoydu.
Bu qısa dialoq bizi nə qədər məyus etsə də bu döyüşçülərin belə özundənrazı danışmaqları yaşımın az olmasına baxmayaraq məni inandırırdıki LAÇIN sona qədər müdafiə olunacaq. Əfsuslar olsun ki, rayonun mərkəzində çoxlu zirehli texnika, silah sursat və digər texnikaları müşahidə eləməyimə baxmayaraq, eləcə də yollarda mühəndis maneələrinin(ərazinin minalanmasına hazırlıq işləri) hazırlanması sonadək müdafiə olunmağa yetmir. Sonrakı bir neçə gün ərzində düşmənin azsaylı hücumları və bizim itkilərimiz istisna olmaqla LAÇIN-da düşmənin imitasya xarakterli hərəkətləri və sanki döyüşün təqlid olunması müşahidə olunurdu. Bu da o demək idi ki, xəyanət öz işini görmüşdür, düşmən LAÇIN şəhərinə maneəsiz daxil olacağına əmin idi. LAÇIN-da mövqe döyüşləri getdiyi halda Bakı şəhərində vəzifə döyüşləri gedirdi.
Bu anda DAHA BİR HADİSƏ yadıma düşür. Hamının yaxşı tanıdığı rəhmətlik İslamla qarşılaşırıq. Qardaşım ondan soruşur: "İslam nə düşünürsən, LAÇINı qoruya biləcəyikmi?"
Onun cavabı: "Şuşadan fərqli olaraq LAÇINın dağını, dərəsini, qayasını, meşəsini özümüzə səngər edəcəyiksə LACIN yaşayacaq, yox əgər yolnan gedib gələcəyiksə LAÇIN bizim olmayacaq!!!
Doğrudan da bu əsil reallıq idi. Şuşanı və LAÇINı tərk edən qüvvələr özlərini Bakıya çatdırmağı qəhrəmanlıq hesab edirdilər. Hərbi dildə desək, düşmən ardıcıl olaraq artilleriya zərbələri ilə bizi döyür, bu"qəhrəmanlar"isə Bakıya tələsirlər. ...
DAHA BİR HADİSƏ yadıma düşür. LAÇINın qəhrəman döyüşçülərindən biri Mübarizdən(Cin) musahibə götürürlər. Mübariz LAÇINdan çıxan qüvvələrə çıxmamağı və döyüşməli olduqlarını israrla bildirir. Jurnalist ona "sən nə edəcəksən?" - deyə, soruşduqda bu qəhrəman cavabında "mənim ücün heç bir fərqi yoxdu, harda olmagımnan asılı olmayaraq son damla qanıma qədər vuruşacağam" deyə cavab verir...
18 may 1992-ci il, LAÇIN şəhəri muqavimət olmadan düşməni qarşılayır. Mən Bakı şəhərindəyəm.LACINdakı döyüşcülərdən patron istəyən VƏTƏN fədailəri hələ də LAÇINdadırlar, patron verməyənlər isə Bakı şəhərindədir....
Düzdür, LAÇINın digər qəhrəman döyüşçüləri o patronu vaxtında göndərmişdilər. Bu, təzad deyilmi?
Bir coxları o dövrdə Azərbaycanda baş verən ictimai siyasi hadisələrə gah seçki yolu ilə hakimiyyətin dəyişdirilməsi, gah vəziyyətin bunu tələb etməsi, gah qanuni yolla hakimiyyətin dəyişdirilməsi, gah da demokratik qüvvələrin hakimiyyətə gəlməsi kimi qələmə verirdilər. Mənsə deyirəm ki, bu, silahlı yolla dövlət çevrilişi idi....
Bu qüvvələrin kimlər tərəfindən idarə olunmasına baxmayaraq LAÇIN və Şuşanın işgalı bu çevrilişlər nəticəsində baş verir....
Cinayətkarın milliyəti və vətəni olmadığı kimi vətənpərvər insanların da siyasi mənsubiyyəti olmur. O dövrdə istər AXC ,istər Müsavat və digər bütün siyasi partiya və təşkilatların üzvləri vətən uğrunda döyüşürdülərsə onlar əsil vətənpərvərlər idi. Biz LAÇINlılar LAÇINı düşmənlə baş başa buraxaraq Azərbaycanın bir çox rayonlarına qaçqın olaraq səpələnirk.1992-ci il LAÇINın işgalından bir neçə
gün sonra rayonun icra başçısı rəhmətlik Xanlar Məmmədov Ağcabədinin Taxtakörpüsündə LAÇINlıların qarşısında bir ifadə işlədir: "Kaş hamımız ölərdik, amma LAÇINı tərk etməyəydik"...
1992-ci ilin yayı LAÇIN işgaldan azad olunacaq (koridor istisna olmaqla)...
31 mart -03 aprel LAÇIN ikinci dəfə işgal olunacaq. LAÇINı sevən vətən fədailəri yenə sonadək LAÇIN uğrunda döyüşcəklər. Onların sayı onlarla, yüzlərlədir...
1993-cü ilin aprel və iyun ayları-Azərbaycanda (Gəncədə)daha bir dövlət çevrilişi baş verir.Bu çevriliş LAÇINın və Kəlbəcərin işğalını yekunlaşdırır. Baxmayaraq ki LAÇIN və Kəlbəcər ərazisində vətənini sevən qəhrəmanlar düşmənə qarşı döyüşürlər.
Ötən illərin Vətən həsrəti yuxumda məni LAÇINla görüşdürür. LAÇIN mənimlə dialoqunda mənim bu görüşə gecikdiyimi və bu görüşə layiq olmadığımı bildirir.....
Mən özümün əfv olmağımı LAÇINdan istəyəndə cavabında mənə bildirdi: "Sən necə qəhrəman idin, sən necə
rəhbər idin, sən necə komandir idin ki, sona qədər doyüşən igidlərin meyidlərini, yaralıları, səngərdə döyüşən əsgərləri və şəxsən LAÇIN adlı vətənini tərk edib getdin?"...
Yuxumda Laçın məni sualların atəşinə tutur:
Sual: "1992-ci ilin yayında Lolabağırlı kəndindən keçən yolda maşın gözləyirdin. Hara gedirdin?"
Cavab: "Ağdərəyə".
Sual: "Gələn 2 maşın saxladımı?"
Cavab: " Bəli, saxladı"..
Sual: "Birinci maşına niyə minmədin?"
Cavab: "Çünki maşın vətən uğrunda canını fəda edən qəhrəmanların meyitlərini aparırdı".
Sual: "İkinci maşının yükü nə idi?"
Cavab....cavab yoxdur. Bu anda xəcalətimdən özümə yer tapa bilmirəm.LAÇIN mənə artıq
adının da dəyişdiyini
bildirdi. Bu xəcalət dolu qorxulu yuxunun davam etməsini istəməyərək ayılıram və
LACINsız yaşamaga üstünlük verirəm.
SON OLARAQ deyirəm: LAÇIN tək Qarabağın yox, bütövlükdə Azərbaycanın bel kəməri idi. Bel kəməri olmayan kişini nə gözlədiyini hər bir kişi bilməlidir. Düşünmək üçün ötən illər yetər!!!
XƏTANI ƏFV EDİN, XƏYANƏTİ ƏSLA!!!
Bu gün isə Cənab Ali Baş Komandanın rəhbərliyi altında nizami, peşəkar, müzəffər və məğlubedilməz ordumuz LAÇINI, eləcə də QARABAĞIMIZI azad edərək həsrətimizə son qoydu!
Əziz LAÇINLILAR LAÇINLI və QARABAĞLI günlərimiz mübarək!!!