Bu günə kimi nə qədər ərazi minalardan təmizlənib?
Mühəndis Qoşunları hazırda bütün güc vasitələri ilə aktiv minatəmizləmə və partlamamış döyüş sursatlarının təmizlənməsi işlərinə cəlb edilib.
Tv 713. az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.
General bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları indiyədək 6 min 200 hektardan artıq ərazini təmizləyərək aidiyyəti üzrə dövlət qurumlarına təhvil verib:
"Proses mütəmadi olaraq davam etdirilir. Burada tək şəxsi heyət deyil, xidməti itlərin və mexaniki minatəmizləmə vasitələrdən geniş şəkildə istifadə edilir".