Həbs edilmiş generalın yerinə yeni təyinat

Cəmiyyət 24-avq, 18:059 xebertv 346 0
Həbs edilmiş generalın yerinə yeni təyinat


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevə yeni müavin təyin edilib.

General-mayor Firuz Böyükağa oğlu Şirin-zadə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 17.08.2020-ci il tarixində Prezident İlham Əliyev general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə “general-leytenant” hərbi rütbəsi vermişdi. O bundan əvvəl DSX-nın Baş İdarə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən və sonradan ev dustağlığına buraxılan general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidməti rəisinin (2020-ci ilin fevral ayından may ayının 13-dək) beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi olub.

Belə ki, sabiq general 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində çalışdığı dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilmişdi. (Mediapost.az)

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr