Ermənilərin yeni diversiyasının hədəf - Laçın
Laçın ərazisində Ermənistanın kəşfiyyat-diversiya qrupunun qarşısı alındı, qrupun üzvlərindən Artur Kartanyan saxlanıldı.
Tv 713. az xəbər verir ki, rəsmi məlumatda iki məqam diqqət çəkir: təxribat diversiya-kəşfiyyat qrupu tərəfindən törədilib; qrupun tapşırığı ərazilərimizi minalamaq olub.
Bu, kəşfiyyat-diversiya qrupunun hədəfinin təkcə ərazilərimizi minalamaq olmadığı ehtimalını önə çıxarır. Rəsmi məlumatda “ilkin araşdırmalara görə, tapşırığın minalamaq olduğu” qeydi də bunu deməyə əsas deyil. Kartanyanın danışdırılması digər tapşırıqları da ortaya çıxara bilər.
İstisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərindən əsir götürmək tapşırığı da olub.
Ermənistan hakimiyyətinin seçkiöncəsi buna nail olmaq istədiyi şübhəsizdir:
- Əsir götürmək və Azərbaycanın saxladığı erməni diversantlarla dəyişdirmək;
- Seçkiöncəsi saxlanılan erməni diversantların “qisasını” almaq, cəmiyyəti kiçik də olsa qələbəyə kökləmək və diversantların qaytarılmasına ümidləri artırmaq.
“Qallap”ın (Gallup) son sorğusu da təsdiqləyir ki, erməni cəmiyyəti üçün indi ən vacib məsələ “sərhədlər və əsirlər”dir. Paşinyan hakimiyyəti seçkidən öncə bu prioritetlər üzərindən qazanmaq niyyətindədir.
Diversiyanın qarşısını alındı və ermənilər “ova gedərkən, ovlandı”. Hərçənd, təxribatlar davam edəcək.
Tv 713.az