Azərbaycanın yeni lazer güdümlü bombası budur -İstənilən obyekti məhv etmək olacaq

İqtisadiyyat 07-may, 10:379 admin 88 1


Azərbaycan istehsalı olan “QFAB-250 LG” aviasiya bombasının göstəriciləri açıqlanıb.



beş.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun baş direktoru Novruz Abdullayev “Report”un Türkiyə bürosuna açıqlamasında silahın inert nümunəsinin İstanbulda keçirilən “IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində ilk dəfə nümayiş etdirildiyini bildirib.



Onun sözlərinə görə, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası MSN-in Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb: "Bombardmançı qırıcı təyyarələr üçün nəzərdə tutulan bomba çox yüksək dəqiqliyə malikdir. Silahın iş prinsipinə görə, hədəf böyük, güclü lazer göstəricisi vasitəsilə işıqlandırılır. Bomba bombardmançı qırıcı təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf nöqtəsi tapılır və məhv edilir. Silahın döş hissəsi qəlpəli-fuqaslı bombadır və radiusu yüz metrdən çoxdur. Bombanın sabitləşdirici hissəsi Türkiyənin “ASELSAN” şirkətinin məhsuludur. “QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bomba canlı qüvvəni və hədəfləri anında məhv etmək üçün yüksək səviyyədə hazırlanıb”.



N.Abdullayev deyib ki, bomba təyyarədən atıldıqdan sonra atılma istiqamətindən asılı olmayaraq, koordinatları əvvəlcədən onun yaddaşına daxil edilmiş hədəfə yönəlir: "Eyni zamanda yeni məmulatda əlavə olaraq bərk yanacaqlı mühərrik də qurulub. Bu da onun uçuş məsafəsinin dəfələrlə artırılmasına imkan verir. Biz yeni dəqiqləşdirilmiş yol xəritəsi işləyəcəyik və bununla da bombanın nə vaxt və harada sınaqdan keçiriləcəyi məlum olacaq”.



Nazirlik rəsmisi “QFAB-250 LG”nin yalnız Azərbaycan Ordusunda deyil, postsovet ölkələrində də silahlanmaya qəbul ediləcəyini istisna etməyib: “Bu bomba daxili təlabat və ixrac üçün nəzərdə tutulub”.
Çap et
Oxşar Xəbərlər

Dorie 30-iyl, 16:42

Thanks a lot for sharing this with all of us you actually realize what you're speaking about!
Bookmarked. Please also consult with my website =). We will have a hyperlink trade contract among us

My web-site ... Ortodont
Ответить
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr