Ramin Bayramlının vəzifəsi ona həvalə edildi – Rəsmi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Bu barədə Tv 713. az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilən açıqlamada qeyd olunub.
Bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.
O, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəridir.