Azərbaycanda COVİD-19-dan sağalmış xəstələrdən gələn həftədən plazma götürülməsinə başlanacaq
“Bu gün ayrı-ayrı şəxslərin ictimai həyatda istifadə etdiyi tibbi maska və əlcəklərin atılmasına yönəlik layihə həyata keçirilməyə başlanıb”.
Bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatı ilə bağlı tullantıların təmizlənməsi və utilizasiyasına dair layihə həyata keçirilir: “Hazırda atılan tibbi maskalar tibbi tullantılar deyil, sadəcə, tullantıdır. Tibi tullantılar koronavirusa yoluxması təsdiqlənən xəstələrin istifadə etdiyi tullantılardır. Koronavirusdan sağalmış şəxsləri önümüzdən həftədən Milli Hematologiya və Transfuziologiya Mərkəzi dəvət edəcəyik. Onlardan alınan plazmalarından istifadə edilməsi sahəsində işlər həyata keçiriləcək. Sağalan insanların plazmasında anti-cisimlər var. COVİD-19 üçün anti-cisimlər yetərincə olsa, ağır xəstələrə köçürə bilərik”.
tv713.az