Ərdoğan Əfqanıstanla bağlı təklif verdi
Beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqından üz çevirmək və bu ölkəni öz taleyinə buraxmaq kimi bir seçimi yoxdur.
Tv 713 .az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitində danışarkən deyib.
“Türkiyənin cənub və şərq sərhədlərindən məruz qalacağı miqrasiya təzyiqi Avropa ölkələrinə də təsir göstərəcək. Əfqanıstanda ən qısa zamanda təhlükəsizlik və sabitliyin təmin edilməsi nəinki regional, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir.
G-20 çərçivəsində Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edirəm. Türkiyə olaraq bu qrupun başqanlığına da namizədik.
Türkiyədə təqaüdlə təhsil alan əfqan tələbələrin sayı 1100 nəfərdir. Bu günə qədər təqaüd verdiyimiz əfqan tələbələrinin sayı isə 10 mini keçib”, - deyə Ərdoğan bildirib.