'Talış” sözünün mənası nədir?

Tarix 17-sen, 00:379 tv713 607 0

'Talış” sözünün mənası nədir?

Tofiq Əzizov
tarixçi, arxeoloq.



"Talışların əcdadı isə şişpapaq saklardır"


Talışlar yığcam şəkildə Azərbaycan Respublikasının Cənub-Şərq və İranın Gilan vilayətində yaşayırlar. Talışlar özlərini “tolış” adlandırırlar. Azərbaycan türkləri onlara “Talış” deyirlər. Rus ədəbiyyatında isə onlar “talışlar” bəzən də “talışlılar” adlandırılmışdır. “Talış” sözünün mənası ilə bağlı indiyədək çoxlu mülahizələr irəli sürülmüşdür. Həmin mülahizələri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. “Talış” sözü talış dilindəki “tülüş” sözündən yaranıb, “palçıqlı yerdə, bataqlıqda yaşayanlar” deməkdir.
2. “Tol” sözündən yaranıb, “düzənlikdə, hamar yerdə yaşayanlar” deməkdir.
3. Yunan dilindəki “dəniz” mənası verən “thalaşa” sözündən yaranmışdır.
4. “Talış” sözü kadusi tayfa adının dəyişikliyə məruz qalmış formasıdır. Kadusi “dağlı” deməkdir.
5. Ərəb dilindəki “talis” sözündən yaranıb, “saf, təmiz, əxlaqlı, səmimi adamlar” deməkdir.
6. Qədim fars dilindəki “tayalis” sözündən yaranıb, “başlıqla gəzənlər” deməkdir.
Filologiya elmləri doktoru, professor Məsud Məmmədov “Talış sözünün etimologiyası” adlı məqaləsində yazır: “Beləliklə, toliş-talış etnotoponiminin hansı ki, mənası relyeflə (göl, gölməçə, düzənlik, dağ, dəniz və b.) bağlıdır. Baxmayaraq ki, müəyyən mənalarda bu sözü türk mənşəli hesab etmək olar, yenə də tam açılmamış qalır”. (Söz jurnalı, nömrə 1-2, 1998, səh 46)
Mövcud faktların təhlili göstərir ki, yuxarıda sadalanan mülahizələrin içərisində həqiqətə ən yaxın olanlarını boradigahlı Səidəli Kazımbəyoğlunun 1869-cu ildə yazdığı “Cəvahirnameyi - Lənkəran” adlı əsərində irəli sürmüşdür. S. Kazımbəyoğlunun irəli sürdüyü 1-ci mülahizəyə görə, “talış” sözü qədim fars dilindəki, “tayalis” sözündən əmələ gəlmişdir. Ərəblər talışlara “taylasan sahibləri” demişlər.Taylasan tayalis sözünün ərəbləşmiş formasıdır. Taylasan yağışdan qorunmaq üçün başa və çiyinlərə atılan örtükdür. İlin 9 ayı Talışa tez-tez yağışlar yağdığından və bunun nəticəsində də talışlar ilin çox hissəsində başlıqla gəzdiklərindən ərəblər onlara “başlıqla gəzənlər” adı vermişlər.
Əslində isə həqiqət bir qədər başqa cürdür. Belə ki, Azərbaycan dilində də taya sözü vardır. Taya mal-qara üçün yığılmış otun həyətdə yağışın islada bilməməsi üçün talışların milli papağı formasında yığılmasıdır. Bu taya formasına “Şiş taya” deyirlər.
Bütün bunlardan belə bir nəticə çıxır ki, talış sözünün əsl mənası “başlıqla gəzənlər” yox, “şişpapaqlar”dır. Yəni, talışlar - “şişpapaqlar” deməkdir.
S. Kazımbəyoğlunun irəli sürdüyü 2-ci mülahizəyə görə, talış sözü, ərəb dilindəki “saf, təmiz” mənasını verən “talıs” sözündən yaranmışdır. S. Kazımbəyoğlu fikrini əsaslandırmaq üçün yazır: “Buranın insanları çox doğrucul, səmimi, çörəkverən, qonaqpərvər, üzüyoladırlar. Həddindən artıq ehtiramlı olduqlarına görə fağır görsənirlər. Namusda, qeyrətdə bunların misli yoxdur, başqalarına da qarşı çox sədaqətlidirlər”.
Əvvəlki mülahizədəki kimi bu mülahizədə də əsl həqiqət bir qədər başqa cürdür. Bunun üçün aşağıdakı 2 məqama xüsusi diqqət yetirmək lazımdır. Roma tarixçisi Pomponi Melanın eramızın 1-ci əsrinin 40-cı illərində yazdığı “Yerin təsviri” adlı əsərində göstərirdi ki, Kaspi dənizində münbit torpağı olan Talqa adlı bir ada vardır. Bu adada becərilmədən torpaqda və ağaclarda coxlu məhsullar yetişir. Qonşuluqda yaşayan xalqların inamına görə, onlar allahlar üçündür və allahlar üçün də saxlanılmalıdır. Onlara toxunmaq allahsızlıq, bağışlanılmaz günahdır.(III, 6, 58).
Məlum olduğu kimi Talqa Pirallahı adasıdır. Yəni, təxminən 2000 il bundan əvvəl Abşeron yarımadasında yaşamış insanların da dilində tal, tala “saf, təmiz, müqəddəs” mənasını daşımışdır. Talqa adasının adının mənasına gəldikdə isə göründüyü kimi azərbaycanlılar onu “Allahın piri olan yer” kimi mənalandırmışlar. Deməli, bu sözü də ərəb dilində axtarmağa dəyməz.
2. Ərəb tarixçisi Əl-Kufi (926-cı ildə ölmüşdür) “Kitab Əl-Futuh” adlı əsərində yazır: “Əl-Cərrah burada düşərgə saldı, oradan Muğan, Gilan və Talakan üzərinə dəstələr göndərirdi. Dəstələr yürüşə çıxıb döyüşür və Ərdəbilə qayıdırdılar”. (Azərbaycan tarixi üzrə qaynaqlar B.1989 səh 64)
Göründüyü kimi, Əl-Kufi həmin yerləri Xəzər dənizi sahili boyunca şimaldan cənuba doğru sadalayır. Yəni, Talakan müasir Talış deyil, Gilandan cənubda yerləşən böyük bir ərazidir. Tarix elmləri doktoru Sara Qasımova “Azərbaycan III-VII əsrlərdə” adlı kitabında göstərir ki, Talikan Qızılüzən (Sefidrud, Gilan vilayətində çay) çayının sağ qolu olan Şahrud çayının hövzəsində yerləşirdi. Antik dövrdə (e.ə IV- eramızın III əsrləri) burada şişpapaq saklar - amardlar yaşayırdılar. Buna görə də Qızılüzən çayı artıq Amard çayı adlandırılırdı.
Talakan da Talqa kimi, “Allahın piri olan yer” deməkdir. Talakan toponiminin meydana çıxması çox güman ki, şahların və döyüşçülərin himayəçisi olan Azərgəşəsp odunun bu əraziyə düşməsi ilə əlaqədar rəvayətlərlə bağlıdır. Azərgəşəsp odunun qorunub saxlanılması üçün məbəd Atropatena dövlətinin paytaxtı Qazaka şəhərində tikilmişdir. Qazaka şəhəri İranın indiki Zəncan və Marağa şəhərləri arasında olmuşdur.
Beləliklə, talış sözü haqqında S. Kazımbəyoğlunun mülahizələri əsasında yeni faktları tədqiqata cəlb etməklə aşağıdakı daha dəqiq nəticələrə gəldik:
1. Talış və ya talışlar “şişpapaq” və ya “şişpapaqlılar” deməkdir.
2. Talış və ya talışlar “tallı”, “pirallahlı” və ya “pirallahlı şişpapaq”, “pirallahlı şişpapaqlar” deməkdir.
3. Talışların əcdadı isə şişpapaq saklardır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr