Sabir Rüstəmxanlının "ƏBƏDİ SEVDA"sı

Manset / Yazarlar 23-okt, 23:219 tv713 294 0
Sabir Rüstəmxanlının "ƏBƏDİ SEVDA"sı


İGİD TEYMURLU



GƏNCƏDƏN NAXÇIVANA, NAXÇIVANDAN TƏBRİZƏ MANEƏSİZ YÜRÜŞ

Xalq şairi SABİR RÜSTƏMXANLININ "ƏBƏDİ SEVDA" POEMASI digər əsərləri kimi öz Millətinə, öz Dövlətinə olan Sevgiyə, İnama, Ümidə ucaldılan bir abidədir. Kimsə və nə vaxtsa bu abidəni nə yıxa, nə də bu abidəni yaka bilməyəcək. Çünki bu, üzü boz daşlardan yonulmayıb, bu abidə Ruhumuzun Özüdür....

Budur Şair RUHU, budur Şair İnamı, budur Şairin öz millətinə, öz dövlətinə olan bağlılığı, əzizlərim!

Amma nə yazıq ki, zaman-zaman bu Ucalıqlara daşlar atılıb və elə indi də atılmaqdadı. Rüstəmxanlı "nicatımız vətəndaş həmrəyliyindədir, qarşılıqlı anlaşmada, qarşılıqlı dialoqdadır!" deyəndə yalançı diletantlar milləti küçə və meydanlara səsləyir, axşam kabinetindən əyilə-əyilə çıxdığı hakimiyyət nümayəndələrini istefaya çağırırdılar. Beləcə zaman ötür, yaddaşlar korşalır, istədikləri demokratiyanı ixrac edənlər də bizi taleyimizlə barışmağa sövq edirdilər...

Zaman özü sübut etdi ki, küçə və meydan psixologiyası bütövlükdə millətimizin müəyyən kəsiminə ələbaxımlılıq və gözüqıpıqlıqdan başqa bir şey bəxş etmədi. Bir də müxalif düşüncəni bu və ya digər vasitələrdən istifadə etməklə monopoliyada saxlamaq "məharəti"ni..

Rüstəmxanlısa bütün yaradıcılığı boyu içində türkün Döyüş Ruhunu daşıyıb. Çoxundan fərqli olaraq əxlaqa söykənən siyasət yürüdüb, yaratdığı siyasi qurumun timsalında həm də millətin bütövlüyünün qorunub saxlanılmasının peşində olub. Ona atılan daşlar ucalıqdakı hədəfə yetməyib. Onun yaradıcılığından, onun çıxışlarından bixəbər kütlə konyuktura "cəngavərləri"nin toruna düşüb. Məhz həmin "cəngavərlər"in ucbatından kütlə onun uğrunda can verməyə hazır olan, bütün həyatını millətinin varoluşuna "sərf" edən ziyalısını topa tutub.

Rüstəmxanlısa bütün nədənlərə baxmayaraq nə farsa, nə rusa, nə də yalançı Qərb demokratiyasına deyil, Sözünə və Qələminə söykənib. Obrazların diliylə bütün gerçəkləri dilə gətirib, reallıqları söyləyib, atılası addımların ədəbi eskizini cəmiyyətə təqdim edib.

2012-ci ildə o eskizlər sırasına daha birisi də əlavə olunmuşdu - "ƏBƏDİ SEVDA"....

Rüstəmxanlı "Əbədi sevda"sını vəsf edəndə həmin poemadan saytlarda işıq üzü görən misraları populizmlə çıxış edərək millətin gözünə kül üfürənlər o zaman ikrahla qarşılayır, "indi şeir vaxtı deyil, bizə hakimiyyətə qarşı meydanlarda mübarizə aparan lider lazımdır" deyir, gəncliyin sabaha olan inamını qırırdılar....

O zamankı kiçik fidanların tam əksəriyyətisə çox şükür ki, məhz Rüstəmxanlının ümidinin işığında böyüdülər, o Sevgidən Ruh aldılar, o Ümiddən asılan Qılınca çevrildilər. Küçə və meydan psixologiyasının əsiri olmadılar.

Məhz bu düşüncədən ilham alan övladlarımız 44 günlük Vətən Savaşında dişləriylə, dırnaqlarıyla sıldırım qayalara dırmaşıb yurd yerlərimizi yağılardan azad etdilər - Rüstəmxanlının illər öncəsi topa tutulan söylədikləri bu azadlıq savaşında Qalib ordunun yollarına nur çiləyirdi...

Gün gələcək, farsın, rusun tapdağı altında qalan yurd yerlərimizin hamısı azad ediləcək!

Öyləsə, İNANIN, İNANIN SABAHA!
İNANIN MİLLƏTİN RUHUNU ÖLMƏYƏ QOYMAYANLARA!
ONLARI SİYASƏT MEYDANININ GƏDƏ-GÜDƏLƏRİYLƏ EYNİLƏŞDİRMƏYİN!....

44 günlük Vətən Savaşında Qalib gələn həm də az müddət öncə topa tutulan Sabir Rüstəmxanlının İnamı, Sabir Rüstəmxanlının Sevgisi, Sabir Rüstəmxanlının "ƏBƏDİ SEVDA"sı idi. Sabir Rüstəmxanlının "Əbədi sevda"sı olan BAŞQA BİR GÜN DƏ GƏLƏCƏK, MÜTLƏQ GƏLƏCƏK: "Gəncədən Naxçıvana, Naxçıvandan Təbrizə heç bir maneəsiz yürüyəcəyik"...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr