Gecənin bu vaxtında çox üzücü bir xəbər eşitdim. Elimizin, obamızın, ocağımızın daha bir bir ziyalı işığı söndü.
Yardımlı rayonu, Ostair kəndindən bir Nur, bir Ağıl Yolu köçdü bu dünyadan. Bu kənddəki o evin divarları bu gün SƏTTAR NOVRUZOV adlı Ziyalımızı cismən yola saldı, Səttar Müəllim Ağsaqqal Səsi, Ağsaqqal Sözüylə əbədiyyətə qovuşdu.
Çoxillik pedaqoji faliyyəti boyunca yüzlərlə işıqlı insan yetişdirmiş, gözəl pedaqoq, nəcib insan, qayğıkeş ata, qonaqpərvər ev sahibi və sözə könül vermiş şair idi Səttar müəllim.
Başdan-başa bir şedevr idi bu İnsan. Yaşının qocalan vaxtı olsa da, qəlbi hər zaman sözlə döyünür, duyğularını gənclik eşqiylə nəzmə çevirə bilirdi. Bu yaşda qəlbin gənc qalması, fikrin aydın, sözün diri olması hər kişinin işi deyil. Səttar müəllim bunu bacaran nadir insanlardan idi — ömrünü elmə, sözə və insana həsr etmiş bir ömür sahibi idi.
Səttar müəllim bu dünyadan səssizcə köçsə də, arxasında silinməz bir iz, bitməyən bir işıq qoydu. Yuxarıda da vurğuladım kimi yüzlərlə işıqlı insanın formalaşmasında payı olan bu müdrik pedaqoq, ömrü boyu elmi vicdanla, sözü ləyaqətlə daşıdı. Onun üçün müəllimlik peşə yox, missiya idi; insan yetişdirmək isə ən ali amal.
Səttar Müəllim yalnız bilik verən olmayıb, həm də yol göstərən, dəyər aşılayan, ürəklərə ümid səpən bir ömür sahibi idi. Qayğıkeş ata, mərhəmətli insan, qonaqpərvər ev sahibi olaraq hər kəsin yaddaşında iz qoydu Səttar Müəllim. Sözə ehtiramı, insana sevgisi onu seçilənlərdən edirdi. O, yerin gözəlləşdirdiyi adamlardan deyil, tutduğu yeri gözəlləşdirən İnsanlardan idi.
Qəlbi hər zaman gənc, düşüncəsi diri, sözü aydın idi. Duyğularını nəzmə çəkmək, ruhunun dərinliklərini bu yaşda misraya köçürmək hər kişinin işi deyildi. Səttar müəllim bunu bacaran, sözü ilə, həyatı ilə də cəmiyyətə örnək olan nadir ziyalılardan idi.
Onun adı hər zaman yazdığı əsərlərdə, yetişdirdiyi şagirdlərin, eləcə də oğulları Vasif və Faiq Novruzov qardaşlarının, onların övladlarının uğurunda, nəzmə çəkdiyi misraların səsində, toxunduğu könüllərin duasında yaşayacaq.
Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad, nuru bol olsun.
İGİD TEYMURLU
TV713.az

















