"Xəbər alsan bu vilanın əhvalın"...

Manset / Yazarlar 28-okt, 22:249 tv713 207 0
"Xəbər alsan bu vilanın əhvalın"...


İGİD TEYMURLU


MƏMLƏKƏTƏ VİRTUAL SƏYAHƏT

Xəbər alsan bu vilanın əhvalını, mən yazım, sən də oxu. Ələkçinin qıl verənləri mənim beynimə yeridirlər ki, üyüdəcəyimiz unun eşqi bizi həm də dəyirman çax-çaxına öyrəncəli edib… Və bir şey də var: kim ki, dəyirman səsindən qaçırsa, o adam un üyüdə bilməz haaa...

Ölkədə sanki ikihakimiyyətlilik hökm sürür: bir tərəfdə müzəffər Komandan İlham Əliyevin atdığı addımlar, başqa bir tərəfdəsə Nazirlər Kabinetinin, Tarif Şurasının, Milli Məclisin simasında sosial narazılıq formalaşdıran qüvvələr...
Bu tərəfdən baxanda burası yerdəki allahların diyarıdır, ötəki yandan baxandasa burası allahını belə yeyəcək məmləkətə bənzər....

Dünyaya səs salan QƏLƏBƏMİZ, ZƏFƏR YOLUMUZ və...və yurd sevdalılar üçün göz dağına çevrilən SAHİL....

İLLƏRİN İSTİSİ əhdimizi kəsdiyi kimi SOYUĞU da katalikos sevdalıların “lütfü” sayəsində damarlarımızdakı qanımızı belə dondurub. Sanki bu məmləkətdə mövzu qıtlığı var. Gündə özünü kölgəyə vermək düşüncəsi gündəmi zəbt etməyə çalışanların peşəsinə çevrilib…

Qaşıq-qaşıq yığdığımızı çömçə ilə paylayırıq ki, təki “əla oğlan” titulumuza xələl gəlməsin…

QURD TOTEMİndən danışmağşmız başqa anlamda dərk edildi. Azərbaycan Qurdlar Vadisinə çevrilib. Qurdlar kimi də dumanlı günün çox olmasını arzulayanlar var ki, bizim boğazımızdan kəsib yedikləri və udduqlarının sayı bol olsun…

AUTİST MƏMLƏKƏTİN SAKİNLƏRİ kimi davranırıq – hərənin öz dünyası və hərənin öz kuralları var. Aşağıların dərdinə yuxarılar biganədir. İçində dərd ağacı böyüdənlərdən xəbərsiz hakimi-mütləqlər...

İz açmağa tələsirik, ancaq izdən əvvəl olan ayaqlarımızın donunu açmağa canımızda təpərti yox. Çün canımızı isidəcək qaza tamarzıyıq, alışıb yanan meşələrimizin tüstüsündən kor olmuşuq...

Gözəl görünməyə çalışırıq, ancaq içimiz, içalatımız belə hisin-pasın içindədir,, xəbərimiz yox. Hər yanımız çəpərlənib, eyiblərimiz gizlədilir, sanki həbsxana həyatı yaşayırıq...

Harın məmurlar bizi qaz ölkəsinin qaz vətəndaşları sanmaqdadı....

30 illik həsrətin yükü çiynimizdə və bu ykü daşımaq üçün hələ çox yollar qət edəcəyik.

Gəncliyin ömrü kürsü həsrətilə puç olmaqda, qocalarımız da hakimiyyət iyerarxiyasında lövbər salaraq əsayla fırlanmadadılar. Ali təhsil müəssisələrinin diplomlularının qul bazarları...

Məmləkət Əhlinin kimisi baş , kimisi də xaş hayındadır. Yaşayış və davranış tərzlərindən belə görünür ki, xaş hayında olanlar baş hayında olanlardan deyil. Xaş hayında olanların kefləri ala buludun yanında, baş hayında olanların ah-zarlarısa ərşə bülənd olub. Xaş hayında olanların balaları yerlə üzülüşüb daha Marsda torpaq almağa hazırlaşırlar. “Vardı, yoxdu” düşüncəsi bütöv həyatlarına hakim kəsilən baş hayında olanların cocuqlarısa məmur harınlığı ucbatından işsiz, evsiz, qazsız, işıqsız, marşrutsuz, daşlı, palçıqlı, dolanbac yollarda can çürütməyə möhtac olublar….

Bizi susuz qoyan Yezid övladları, bizi yolsuz qoyan yola baxan YOLÇULAR, bizi qazsız qoyan oğrubaşılar aydan arı, sudan duru kimi davranırlar….

Davranış gözəlliyi yoxa çıxıb, milli düşüncəyə qənim kəsilmək sanki gündəmin mövzusuna çevrilib….

Keçmişimiz unutdurulur, bugünümüzün üzünə sığal-tumar çəkilməklə gerçək halımız gizlədilir, gələcəyimiz sual altına qoyulur….

İçinə sığınsaq da, istisinə qızına bilmədiyimiz som-soyuq daş-divarları bizim üçün göz dağına çevirirlər…

Pusquda dayananlar BÖYÜK AZƏRBAYCAN və TURAN DÜNYASI SEVDAMIZa qarşılıq A-Z-Ə-R-B-A-Y-C-A-N formatı, “rusofilli və iranofil” düşüncələriylə qənim kəsilməkdədilər….

DƏRDLƏRİMİZin əlindən bükülən BELİMİZin ağrısına, acısına dərman tapacaq loğmanımıza qiymət vermir, yad əllərin möcüzəsinə inanırıq…

“Sən HAQQ ol, HAQQ səninlə olacaq” ümidiylə çırpınan ÜRƏYİMİZə basılan dağlar öz əlimizlə qızdırdığımız şişin vurduğu yaradır…

SAYMAQLA BİTMƏYƏN DƏRDLƏRİMİZə rəvac verənsə mənəm, sənsən, odur, bizik, sizsiniz, onlardır - müəyyən məqamlarda yaxamızı kənara çəkməyimizlə. Yox əgər bu halımızda kimsə yaxasını kənara çəkirsə, deməli, o adam dolayı yolla özü-özünü ifşa etmiş olur. Çün demokratiyanın ilkin şərtlərindən biri cavabdehlik və məsuliyyət hissidir. Hər kəs özü-özüylə danışsa, cavabdehlik və məsuliyyət hissinin yerinə yetirilməsindəki səhvlərini anındaca anlayar….

Dərdlərimizə inanmaq istəməyən BİGANƏ ƏHLİKEFLƏR, “xalqın xidmətçisi” olmaqdan çimçəşərək özünü günümüzün XUDAYAR BƏYLƏRi kimi aparan harınlamış məmur təbəqəsi, bank oğruları, “pilot layihələr”lə dövlət büdcəsini diz çökdürən avropalaşanlar, təhsilimizi, səhiyyəmizi təcrübə poliqonuna çevirən naşılar, imtiyazlar, güzəştlər, orden və medallar həsrətilə sıraya düzülən yurd sevgisini unudanlar, məmləkətin qazını, neftini, qızılını, misini, filiz yataqlarını talayanlar, səyyar Kəbə, Məşhəd ziyarətilə, həcc sevdasıyla saqqalda feyz axtaranlar, Azərbaycanı özü boyda şou məkanına çevirənlər,
əlil, veteran statuslarının verilməsini bazara çıxaranlar, dünən erməniyə qarşı döyüşənlərə qarşı bu gün gizli nifrətlərini püskürənlər, Şəhid və döyüşçü haqqını tapdalayanlar, ruhu döyüşdən yoğrulan millətə çalıb oynamağın hərb sənətindən daha üstün, daha əlverişli olmasını təlqin edənlər, Sözü və Qələmi öz Ucalığından endirən yaltaqlar, məddahlar, ordenli, medallı konyuktura cəngavərləri, başqasını fitvalayıb özləri etibarlı limana sığınanlar, görmək istədikləri demokratiyanı bizə sırımağa çalışan avropalı qurumsaqlar, dərdimizə ikili standartla yanaşan üzlərinə tüpürüləsi bir çox beynəlxalq təşkilatlar…və belində ZOĞAL AĞACLARInın zərbindən iz qalan Azərbaycan İnsanının Dözümü, Səbri…

Dərdlərilə baş-başa qalmaqdan artıq BAŞINI İTİRMİŞ İNSANLAR…

Belini qaşımağa əli olmayan, əlini isitməyə cibi olmayan, ciblərində siçan oynayan, siçanı öldürməklə milli pişiklərimizə tələ quran, tələsinə küt gedən kündəsini qoymaqla eybini gizləyən və tələsdiyindən kündəsi küt gedən BİNƏVALAR…

Vizual və virtual məkanlarda pilləsiz mərtəbələrin təqdimatından doğan acı təbəssüm…

Rzayev ANARın soyunan Təhminələri, zavallı “Zeynəb”lər, cəhənnəm sevdasıyla yaşayan Abdullayev ÇİNGİZin təqdimatında cəmiyyəti “fahişəliyə” sürükləyən səbəblərin dilə gətirilməməsi qorxaqlığı, riyakarlığı, Əkrəm Əylislinin “Daş yuxuları”nda pərvazlanan sülh göyərçinləri, quyruğısa qırqovulların vurnuxması, "Andronik həqiqətləri"nin işığında ədəbi seksuallıq...

Ən böyük günahlardan olduğu anlaşılsa da, ancaq zorən sevginin ərsəyə gətirdiyi İNTİHARLAR SERİYASI, BOŞANMALARın xırda detallarının təbliği deyil, sadəcə olaraq xəbərin çatdırılması, səbəblərin təhlilinin qeyri mütəxəssis səviyyəsində təqdimatı…

Hərraca çıxarılan ar, namus…..

Mənən korların, karların oxuduqları ariyadan guya ki, feyziyab olan kölə psixologiyalı insanların şizofrenik davranışları….

“Atın məni dənizlərə” harayı….

Bir butulka nöyütlə dövlət instansiyalarının qarşısı…

Qataraltı seyrəngahlara dalma….

Yazıda mirşahinlilik, raufarifoğluluq, eynullafətullayevlilik, günelmövludluluq, siyasətdə də musaurudluluq, elmannəsirovluluq, naqifhəmzəyevlilik.....

“AzTV” xislətli televiziyalarda gölməçə həsrətilə gözləri bərəli qalan qurbağalar tək cərcənək olan lüt əndamlılar, həmin kifli düşüncəli, müsbət mənada dediklərinin tam tərsini gündəlik həyatında yaşayan riyakar münsiflər, aparıcılar….

Fahişələrin diliylə təqdim olunan əxlaq dərsləri, oğruların, korrupsionerlərin diliylə səslənən Hammurapi qanunları…

VƏ daha nələr, nələr…

BÜTÜN YAZILANLAR GÖRÜNƏN DAĞA - MƏMLƏKƏTƏ VİRTUAL SƏYAHƏTDİR, GÜNDƏMƏ DUZ QATMAQ DEYİL, GÜNDƏMİN ÖZÜDÜR....

SübhanAllah……

Əstəğfürullah, əstəğfürullah, əstəğfürullah!!!!

Və əuzi billahi minəşşeytanirracim....

Ətrafımzı saran belə bir mühitdə bizlər yenə də səbir daşından yapışmalıyıq. Çünki Uca Yaradan səbr edənləri Sevəndir. VƏ BÜTÜN MÜŞKÜLLƏRİN AÇARI BİR ALLAHIN ƏLİNDƏDİR. Zənn etdiklərimizə aldanmayaq. Çünki küləkli havada xırman sovurmazlar. Ələkçilərin qıl verənlərinin güvəndikləri bu dünyasa bir dəyirmandır. Və bu dəyirmanda dəni olmayana un vermirlər. Tanrı unumuzu bol etsin, buğdanısa evdə arıdaq, dəyirmanda yox…
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr