Sözümün və sualımın Ünvanı - NƏSİB NƏSİBLİ

Manset / Yazarlar 14-apr, 18:599 tv713 28 0







İGİD TEYMURLU




TOPÇUBAŞININ NƏŞİNİ FRANSADAN VƏTƏNƏ GƏTİRDİNİZMİ?




Sözüm və sualım tarixçi professor, hörmət bəslədiyim NƏSİB NƏSİBLİyədir.
Sümüklərinizin gələcəkdə dar ağacından asılacağından qorxmursunuz ki? Tanrı ziyalılarımızı Oliver Kromvelin aqibətinə tuş gəlməkdən hifz eləsin...

Dəyərli alimimiz başa düşdüyüm qədərində Nərimanova münasibət məsələsində birmənalı olaraq "Şərqin Lenini"ni "27 aprel işğalının simvolu" kimi qəbul edir...

Bəri başdan onu deyim ki, mən Nərimanov vurğunu deyiləm. Sovet sisteminin sayəsində bizlər çox şeyi əldə etsək də, amma millətçilik və dövlətçilik prinsipləri baxımından sovet sistemi bizim qanımızı sorub, məhvimizə susayıb - xüsusilə Azərbaycan türklərinin. Bununla bağlı mən tarixə ekskurs edib deportasiyaların, soyqırımların, repressiyaların genefondumuza endirdiyi sarsıdıcı zərbələrin üstündə dayanmaq istəməzdim...

Sadəcə olaraq, tək Nərimanov deyil, elə bütün Seçilmişlərimizə münasibətdə biz beləcə davranmışıq və yenə də davranmaqdayıq. Zamanın qətliamlarını, bütün yanlışlarını bir adamın adına bağlamaq nə dərəcədə düzgündür?

Nərimanov məsələsi də eləcə. Bir az ritorik səslənsə də, ortaya sual çıxır. Bunca demokratik düşüncəli Rəsulzadələr necə olur ki, bir Nərimanovu haqqın təntənəsinə inandıra bilmədi? Axı həyatına nəzər salsaq Nərimanov heç də bir çox hallarda deyildiyi kimi "kreslo hərisi" də olmayıb.

Belə baxanda Nərimanovu aldadan bolşevizm elə Rəsulzadələri də aldadıb da. Hakimiyyətin bolşeviklərə hansı şərtlərlə verilməsi məsələsində aldadılan və təbii ki, məcbur edilən Rəsulzadələr deyilmi?

Elədirsə və elədir də, onda nədən aldadılan Nərimanovla aldadılan Rəsulzadələr arasında bu məsələdə tam ayrıseçkilik ortaya qoyulur?

Nərimanovun "vətəndən kənarda" siyasi fəaliyyət göstərməsi onun hansısa ambisiyası ilə bağlı olmayıb. Və üstəlik Nərimanovun özü Azərbaycanda daşnakların hansı iyrənc oyun oynadıqlarını görüb oğlunun xəstəliyini bəhanə edərək vəzifədən azad edilməsi xahişilə Azərbaycana dönmək istəyir. Nəsib bəyin gərəkərsə, "Borçalıların simvolu" kimi qəbul etdiyi o zamankı "parlamentimizin şanlı rəisi" Topçubaşı da, digərləri də mühacir həyatı yaşadılar, əqidələrindən dönmədilər, Azərbaycanın varoluşu uğrunda çarpışdılar. "Vətəndən kənarda" fəaliyyət göstərmək qüsurlu sayılsa, onda gərək məntiqlə Rəsulzadəyə də, Topçubaşıya da " nə olursan ol, vətəndə fəaliyyət göstər"məli idin deməliyik....

!!!????

Nərimanov dövlətçiliyimiz və millətçiliyimizə bağlılıq kontekstində təmsil olunduğu düşərgədə müsavatçılardan fərqli olaraq tək idi. Ətrafı ermənilər, gürcülər, ruslarla çevrələnmişdi. Amma Rəsulzadənin yanında Onun kimi düşünənlər çox idi....

Nərimanov səhvlərini etiraf etməklə həm öz zamanı, həm də sonrakı dövrlər üçün müsbət mənada ortaya bir örnək qoyub. Ki, heç indinin özündə bizlər öz səhvlərimizi həzm edə bilmir, etirafda bulunmuruq...

Bizlər tarixi Nəsib bəy kimi elm adamlarımızdan öyrənməyə çalışırıq. Amma və lakin görünən bir həqiqət də var: tarixçilərimizin tam əksəriyyəti hansısa maraqların mövqeyindən çıxış edən nasixlər kimi bəzən tarixi reallığın prizmasından deyil, arzu etdikləri məqam baxımından təqdim etməyə çalışırlar. Elə Nəsib bəyin alqışlanası Rəsulzadə sevgisi bəzən onu ekstaz vəziyyətə gətirir və beləcə sonucda Nərimanovla bağlı gerçəkləri söyləmir...

Sonda dəyərli Nəsib bəyə bir sözüm və bir sualım da var. Dəyərli Nəsib bəy, Topçubaşının məzarı başında Rəsulzadə söyləmişdi ki, "parlamentin şanlı rəisinin nəşini gələcək nəsil mütləq öz vətəninə aparacaq". "Gələcək nəsil" olan Sizlər və bizlər Topçubaşının nəşini Fransadan, Rəsulzadənin nəşini Türkiyədən gətirdikmi və gətirə bildikmi? Gələcək nəsil bizi də unutqanlığın, satqınlığın simvolu kimi xarakterizə edəcək - siz Nərimanovu simvollaşdırmaq istədiyiniz kimi. Və bu günün işığında Nərimanova münasibət məsələsində hər kəsin cavabdehlik, hər kəsin məsuliyyət hissi kontekstində Sizdən soruşmaq istəyirəm, Nəsib bəy. "Tərtər hadisələri" deyilən analoqu olmayan bir cinayət işi var ortalıqda. Qarabağ uğrunda gedən savaşın birinci fazasının iştirakçısı olan minlərlə Oğlanın, Döyüşçünün haqqı tapdalanmaqda, az qala onlara qarşı düşmən münasibət bəslənilməkdə!!! Bu zamanın Nərimanovları olan Sizlər bununla bağlı nə edə bilmisiniz? Hansı həqiqətləri ortaya qoyub, hansı etirafda bulunmusunuz? Qorxmursunuz ki, gələcəkdə Sizlər də Oliver Kromvellin, lap elə Nərimanovun taleyini yaşaya bilərsiniz?..
Azərbaycanımızın varoluşunda zərrə qədər əməyi olan bütün Seçilmişlərimizin qarşısında baş əyirəm. Onlar bütün yanlışları və bütün "naxışları"yla bizimdir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr