Dünyada koronadan ölən jurnalistlərin sayı açıqlandı

Aktual 07-yan, 22:029 tv713 29 0
Dünyada koronadan ölən jurnalistlərin sayı açıqlandı


2020-ci ilin martından bəri dünyanın 94 ölkəsində koronovirus səbəbindən azı 1940 jurnalist həyatını itirib.

Tv 713 .az xəbər verir ki, bu barədə Cenevrədə "Press Emblem Campaign" (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb. Təşkilatın məlumatına görə, ən çox ölüm halı Braziliyada qeydə alınıb - 295 nəfər. İlk onluğa, həmçinin Hindistan (279), Peru (199), Meksika (122), Kolumbiya (79), Banqladeş (68), ABŞ (67), İtaliya (61), Venesuela (59) və Ekvador (51) daxildir.

Hesablamalar yerli KİV-dən, milli mətbuat assosiasiyalarından və təşkilatın regional nümayəndələrindən daxil olan məlumatlar əsasında aparılıb.

“Qurbanların həqiqi sayı, şübhəsiz ki, daha çoxdur. Çünki jurnalistlərin ölüm səbəbləri heç də həmişə müəyyənləşdirilməyib və ya elan olunmayıb. Bəzi ölkələrdə etibarlı informasiya yoxdur”, - deyə məlumatda bildirilir(axar.az).
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr