Xarici diplomlar hansı hallarda tanınmır?

Təhsil 26-yan, 10:139 tv713 26 0
Xarici diplomlar hansı hallarda tanınmır?

Xarici diplomların ölkəmizdə tanınmamasının bir sıra müxtəlif səbəbləri var. İlkin olaraq, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması, hansı ki, pasportda giriş-çıxış möhürləri təsdiq edir ki, o, bu ölkədə hansı müddət ərzində olub və tədris yükünü mənimsəmək üçün həmin müddət standartlara cavab verə bilmir.

Tv 713.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

O qeyd edib ki, başqa bir səbəb isə tədris dili üzrə bilik səviyyəsinin aşağı olmasıdır:

"Məsələn şəxs Gürcüstanda, gürcü dilində təhsil alıb lakin, bu dildə elementar biliklərə sahib deyil.

Əlbəttə müaricət edənlərin böyük bir qisminin diplomları təsdiq olunur. Diplomlarında ən çox imtina edilən ölklər Ukrayna və Gürcüstandır. Biz daima valideynlərə də müraciət edirik ki, xaricdə təhsil şirkəti adı ilə insanları aldadan, etibarından sui-istifadə edənlərə inanmasınlar".

Xatırladaq ki, ötən il 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr