Rusların sərhəddə çoxlu sayda qüvvələri var - Fransa
Rusiyanın təlimlərdən sonra Ukrayna sərhədindəki qoşunlarının sayını azaldacağına şübhə ilə yanaşıram.
Tv 713. az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan İv Lö Drian deyib.
“Ruslar hərbi təlimlər başa çatdıqdan sonra qüvvələrini ixtisar etdiklərini deyirlər, lakin bütün əlamətlər onların dediklərinin əksini göstərir. Çoxlu sayda hücum qüvvələri hələ də Ukrayna sərhədi boyunca cəmləşib ki, bu da hər an sürətli və sərt müdaxiləni mümkün edir”, - Lö Drian bildirib.