Türkmənistanda prezident seçkiləri: səsvermə yekunlaşdı
Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir.
Tv 713. az xəbər verir ki, prezident kürsüsü uğrunda 11 namizəd mübarizə aparırdı.
Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Türkmənistanda yerli vaxtla 19:00-da ölkədəki seçki məntəqələri bağlanıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Türkmənistanda prezident seçkilərində seçki məntəqələrinin bağlanmasına iki saat qalmış seçicilərin 93,19 faizi səs verib.
Türkmənistan Mərkəzi Seçki Komissiyası seçici aktivliyinin tam nəticəsini elan edib. Qeyd edilib ki, seçkidə seçicilərin 97,12%-i iştirak edib.
Qeyd edək ki, Türkmənistan prezidenti 7 il müddətinə seçilir. Ölkənin yeni prezidentinin andiçmə mərasimi martın 19-da olacaq.