Ukraynada 64 xəstəxana bombalandı - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın Ukraynaya hücumunun səhiyyə sistemlərinə mənfi ziyan vurduğunu açıqlayıb.
Tv 713. az xəbər verir ki, ÜST-nın açıqlamasında Rusiyanın hücumundan bu yana 64 sağlamlıq mərkəzinə hücum edildiyi, bu hücumlarda ən azı 15 nəfərin öldüyü, 37 nəfərin yaralandığını bildirib.
Həmçinin səhiyyə xidmətlərinə edilən hücumların bir növ “müharibə taktikası” olduğu və bu taktikanın insanları ümidsiz buraxmaq olduğu iddia edilib.