Qərbin Modeli - SEVİNC OSMANQIZI
İGİD TEYMURLU
VƏ "S"VARİ GEDİŞLƏR
Rus qoşunları Azərbaycandan çıxdı!
İndi növbə zamanında Mütəllibovun ideoloqu olan rəhmətlik Osman Mirzəyevin qızı Sevinc adlı qərbpərəstindir...
Verdiyin sözə görə sən Sevincə para verənlər indi diz çökməli, sən özün də ən azından dədənin ruhuna sayğı göstərib İLHAM ƏLİYEVə "Müzəffər Ali Baş Komandan" - deyə, xitab etməli, yanlışlarına görə üzr istəməlisən. Çünki uydurduqlarınızın tam əksinə olaraq Ali Baş Komandan kimi İlham Əliyevin döyüş taktikası Azərbaycanı istəməyən hər kəsi diz çökdürdü...
Ya "ruslar Azərbaycandan çıxarsa, mən İlham Əliyevə "müzəffər" deyərəm" sözünə əməl edib yandaşlarına yan çevirib üzr istəməlisən, ya da elə onların yanında bir daş olmalısan - hara və necə gəldi tullanılacaq daş...
Və unutma ki, xəyanətlər bağışlanmır!
ƏKS TƏQDİRDƏ bilirsən də...ən azından abunəçilərinin sayı qədər gəlişi gözəldən də bi cıqqa gözəl sözlər burdan Sizin qapıyacən olacaq.
HƏR ŞEYİ URVATSIZLAŞDIRMAQ DEYƏSƏN QƏRBIN MODELİDİR, OSMAN MİRZƏYEVİN QIZI SEVİNC XANIM! FƏRQİNDƏSƏNMİ, SƏN ÖZÜN DƏ QƏRBİN BİR MODELİSƏN.
Səni sən edən ilk növbədə dədənin adı oldu, sonra da ANS-də "S"vari gedişlərin. Amma indi sənin adın haqq dünyasında uyuyan və adı səni sən edən dədəni hədəfə çevirib.
Özündən utanmayacaq dərəcədə böyük ol, alt qata enib isti bucaqlarda soyuq təbəssümlə para naminə çılğınlıq nümayiş etdirmə, sənə bir vasitə kimi baxan "etibarlı limanlar"da daldığın uykudan ayıl, oralara "vətən" demə, vətən burası...
Vətən Sənin dədən Osman Mirzəyevin uyuduğu Azərbaycan torpağıdır, Azərbaycan torpaqlarının taleyini vəhşi barbarlığa demokratiya düzəni verən okeanın o tayında həll etmək iddiasında olan hərrac masası yox!
Sənin dədənin də olduğu vertalyotu 20 noyabr tarixində vuran ermənilərə havadarlıq edən rus əsgəri indi Azərbaycandan çıxır. Və səninlə səndən matah qayıranlar da az müddət öncə paylaşdığın videoda buna inanmırdınız, buna ironik mövqe sərgiləyirdiniz.
Osman Mirzəyevin qızı, sənin və səndən matah qayıranların inana bilmədikləriniz bütün nəsnələri İlham Əliyev gerçəyə çevirdi. İndi növbə sənin və yandaşlarınındır. Verdiyin sözə görə sən Sevincə para verənlər indi diz çökməli, sən özün də ən azından dədənin ruhuna sayğı göstərib İLHAM ƏLİYEVə "Müzəffər Ali Baş Komandan" - deyə, xitab etməli, yanlışlarına görə üzr istəməlisən.
Xəyanətlərsə bağışlanmır, zamanında Mütəllibovun ideoloqu olan rəhmətlik Osman Mirzəyevin qızı Sevinc xanım!