Bakı metrosu tibbi maska ilə bağlı məlumat yaydı

Səhiyyə / Manset 30-apr, 18:529 tv713 461 0
Bakı metrosu tibbi maska ilə bağlı məlumat yaydı



2022-ci il mayın 1-dən xüsusi karantin rejimi müddətində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Xüsusi karantin rejiminin müddəti uzadılıb. Nazirlər Kabinetinin son qərarına uyğun olaraq, buna qədər qurumun qəbul etdiyi müvafiq sənədlərdəki, o cümlədən ictimai nəqliyyatda metodiki göstərişin tibbi maska ilə bağlı tələbi isə mayın 1-dən qüvvədən düşmüş hesab olunacaq. Bu səbəbdən Bakı Metropoliteni QSC-nin tibbi maska ilə bağlı bütün monitorlarda və radiorabitə vasitəsilə verilən audiovizual, eləcə də statik lövhələrdəki məlumatları stansiya və qatarlarda ləğv olunacaq.

Tv 713. az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

Xüsusi karantin rejimi uzadıldığından və virusun yayılması təhlükəsi tam aradan qalxmadığından Bakı Metropoliteni QSC-nin aidiyyəti monitorinqləri, metodiki göstərişləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə uyğun digər fəaliyyəti davam etdiriləcək.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar