Türkiyənin İsveç və Finlandiya üçün şərtləri...
Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün tələblər irəli sürəcəyi ehtimalı artmaqdadır.
Tv 713 .az xəbər verir ki, “Blumberq” nəşrinin analizində Türkiyənin aşağıdakı şərtlər daxilində hər iki ölkənin NATO-ya daxil olmasına etirazını geri çəkəcəyi iddia edilib:
- İsveç və Finlandiya tərəfindən PKK və törəmələrinin terror təşkilatı elan edilməsi;
- Silah embarqosunun ləğvi;
- F-35 ilə bağlı proqrama yenidən daxil olmaq;
- F-16 qırıcılarının yeni alış paketinin təsdiqi;
- S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı sanksiyaların götürülməsi.