ƏLİLLƏRI "FUTBOL TOPU" SANAN "VİCDANSIZLAR"...

Səhiyyə / Manset 25-may, 12:519 tv713 489 0
ƏLİLLƏRI "FUTBOL TOPU"  SANAN "VİCDANSIZLAR"...



ƏLİLLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ, YOXSA DÖVLƏTƏ QARŞI SOSİAL NARAZILIQ!?





Əlilliyin təyin edilməsilə bağlı yaradılan prosedur qaydalar bu gün heç də hansısa sosial qayğıya deyil, birbaşa dövlətlə vətəndaş arasında narazılığın yaranmasına xidmət edir. Və bu uçurumu yaradan da Milli Məclis, Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Təminat Nazirliyi, eləcə də digər strukturlardır.
Respublika üzrə bütün vətən müharibəsi
Qazilərinin, uşaq və böyük yaşda olan əlillərin, sağlamlığı məhdud insanların əlilliyinin qiymətləndirilməsinin yalnız bir mərkəzə yönləndirilməsi kimin ağlına gəlib. Hansı ki, bunun müəyyənləşdirilməsi üçün həmin mərkəz nə texniki, nə də mütəxəssis bacarıqlarını ortaya qoymaq imkanlarına sahib deyil. Heç şübhəsiz ki, belə olan halda ora müraciət edən vətəndaşın haqqı, hüququ tapdalanır, bütün əsəbləri pozulur, vətəndaşda dövlətə qarşı kütləvi şəkildə inamsızlıq və nifrət formalaşdırılır. Məhz bunun göstəricisidir ki, bu gün sosial şəbəkədə qarğış və söyüş janrı inkişaf etməkdə, həmin sahələrin problemlərini həll etməyə yükümlü olan məmurların simasında xortdan, xoxan obrazları durmadan hədəfə alınmaqdadır. Millət çıxış yolu kimi üzünü sosial şəbəkə üzərindən daha yuxarı instansiyalara üz tutmaqla ümid yeri aramaqdadır.

Bu konuda Tv 713. az saytı Ülkər Nəzirova adlı soydaşımızın sosial şəbəkə üzərindən əlilliyin təyin edilməsi prosesində süni şəkildə yaradılan əngəllərə bağlı birbaşa dövlət başçısına etdiyi müraciəti təqdim edir. Əslində bu müraciət konkret bir şəxsin dilindən səslənsə də, bütövlükdə yüzlərlə, minlərlə vətəndaşımızın harayıdır.



ƏLİLLƏRI "FUTBOL TOPU"  SANAN "VİCDANSIZLAR"...


Bir müddət öncə vətən savaşımızda dövlət başçımızın "mən ən düzgün informasiyaları sosial şəbəkə üzərindən alıram"açıqlamasını nəzərə alsaq, onda ümid edirik ki, vətəndaşların, eləcə də bizim bu harayımız tez bir zamanda öz müsbət həllini tapacaq.

Cümlələrdə müəyyən qrammatik səhvləri düzəltsək də, üslub səhvinə toxunmadan həmin müraciətlərdən birini təqdim edirik.

Müraciətdə deyilir:

"Hörmətli valideyinler səsimə səs verin! Əlilliyi almaq əvvəllərdə çətin olsa da bu ildən aləmi tamam qatıblar bir-birinə vicdansizlar. Təzə qanuna görə ancaq 2 saylı psixiatriyada diaqnoz qoyula bilər. Təsəvvür edirsiz bütün respublikadan ora camaat gəlir - qazilərimiz, uşaqlar, böyuklər. Bu azmış kimi hələ voenkomat da yalnız ora yollaya bilər. Təsəvvür edin orada komissiya gunləri olan vəziyyəti!

Hələ deyirlər ikinci üçüncü dəfə duzəldənlər mütləq yatmalıdır, yəni, gündüz stasionara qəbul olunmalıdır!!!!

Bu bir ay uzatdı pensiya almağı, sonra yollayırlar yenə də poliklinikaya. Əvvəllər poliklinika yerləşdirərdi səhiyyənin saytına əlillik almaq uçun, indi onu alıblar poliklinikadan. İndi yalnız 2 saylı vura bilər. Poliklinikaya qayıdırsan sənədlə, orada o sənədə poliklinika həkimi nəsə yazır, yenə yollayır 2 saylıya, burda da 1--2 həftən getdi.

Sonra 2 saylıda səni yenə komissiyaya çağırırlar hansısa tarixdə. Sən gedirsən uşaqla, sonra deyirlər hə indi di get evə gözlə, nə vaxt vaxtımız olacaq, onda vuracağıq sizin adınızı səhiyyənin saytına, o da nə vaxt istəsə yollayacaq sənin sənədlərini sosialın saytına. Oradan da hər şeydən razı olsalar səbəb tapmasalar pensiya kəsirlər uşağına və ya uzadırlar.

Uzun sözün qısası, poliklinika - 2 saylı psixiatriya - səhiyyə - sosial səni və uşağını futbol topu kimi bir birinə ötürə-ötürə işi 6 aydan cox uzadırlar, beləcə buradan sən pensiyanın 6 ayını itirirsən.

Vicdansızlar niyə əlil uşağın əlilliyini birdəfəlik 18 yaşa kimi etmirsiz!!!

Niyə hər 3 ilden bir bu zülmü bizə yaşadırsınız!

Ay camaat, ay valideyinlər, nə vaxta kimi yatacağıq, bu özbaşınaliğa bəlkə nəsə bir şey edək! Prezident deyir camaatı incitməyin, ikinci defe əlillik alanların işin rahat edin, bunlar deyir biz özümüz bilərik nə edərik.

Gəlin hamımiz bir müraciət hazırlayıb göndərək Prezident adminstrasiyasına ki, niyə psixiatrik problemi olan ailələrə belə zülm edir bu səhiyyə ile sosial, kim razıdırsa yazsın"...

QEYD: Tv 713. az saytı olaraq biz də vətəndaşımızın harayına qoşulur və onunla həmrəy olduğumuzu bildirir, bu kateqoriyadan olan problemlərin işıqlandırılmasını boyun borcu sanırıq. İnanırıq ki, tez bir zamanda bütün özbaşınalıqlara son qoyulmaqla dövlətin vətəndaşına SAHİB çıxma formatının şahidi olacağıq...

İGİD TEYMURLU
Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar